Alternative content

10:39 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görülən işlərə layiq olduğu qiyməti verməliyik
Görülən işlərə layiq olduğu qiyməti verməliyik
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 09.09.2020


Həyat gözəldir. Ondan zövq alıb yaşamaq daha mənalı olur. Dövlət başçısı da məhz buna çalışır. Aparılan sosial-iqtisadi, mədəni siyasət də ölkə vətəndaşlarının yüksək rifah içində, sağlam yaşamasına xidmət edir. Bu, həm də insanları vətəni, el-obanı sevərəkdən yaşatmasına, onu düşməndən qorumasına sövq etdirir.

Həyatı bir az da gözəlləşdirmək, yaranmışların əşrəfi olan insanları daha yaxşı yaşatmaq, gün-güzəranlarını daim yaxşılaşdırmaq, ölkəni inkişaf etdirmək - bütün bunlar dövlətimizin sosial siyasətinin əsasını təşkil edir. Respublikamızda son illər kənd təsərrüfatında, sənayedə, nəqliyyatda, tikinti-quruculuq və abadlıq işlərində qazanılan uğurlar elə bunun nəticəsidir.

Dövlət başçısının xüsusən sosial sahələrə diqqət yetirməsi, şəhid ailələrinə, məcburi köçkünlərə hər cür kömək göstərməsi əhali tərəfindən çox müsbət və minnətdarlıqla qarşılanır. Şübhə yoxdur ki, əldə etdiyimiz nailiyyətlər bizi istəməyənlərin - həm xarici, həm də daxili düşmənlərimizin narahatlığına səbəb olur. Unutmayaq ki, bizim məkrli düşmənimiz var. Erməniləri İrandan, İraqdan, Suriyadan, Livandan... nə bilim daha haralardan gətirib bizə qonşu edəndə onlara qarşı öz xeyirxahlığımızı göstərmişik: yaxşılıq etmişik, əllərindən tutmuşuq, süfrəmizin başında oturtmuşuq, yeməklərimizin yaxşısını onlara vermişik.

Bəs, bu yaxşılıqlarımızın əvəzi nə olub? Nankorluq, paxıllıq, riyakarlıq, naqislik! Ermənilər həmişə düşünüblər: "Ayağıma yer edim, gör sənə nə edirəm”. Yaxşılıqlarımıza yamanlıqla cavab veriblər. Zaman keçdikcə, hissə-hissə torpaqlarımızı qamarlayıblar. Dədə-baba kəndlərimizin adlarını dəyişdirib "haylaşdırıblar”: erməni adları ilə əvəzləşdiriblər. Musiqimizə, mədəniyyətimizə, mətbəximizə sahib olmağa çalışıblar.

Pislik, yamanlıq, yaltaqlıq, riyakarlıq xislətindədir onların. İstəsələr də, sonradan peşmançılığını çəksələr də, dəyişə bilməzlər bu adətlərini. Müdrik ata-babalarımız nahaq yerə deməyiblər ki, "südlə girən sümüklə çıxar”.

Tarix sübut edib ki, Ermənistan adlı dövlət olmayıb. Azərbayan Prezidenti cənab İlham Əliyev Münhen Beynəlxalq Konfransında Ermənistanın baş naziri Paşinyana tarix dərsi keçərkən konkret faktlarla bunu bir daha sübut etdi. Bu danılmazdır ki, ermənilər Azərbaycan torpaqlarının hesabına daim ərazilərini genişləndirməyə çalışıblar.

Sonuncu dəfə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun itirilməsi - işğala məruz qalması ermənilərin özlərinin deyil, havadarlarının hərbi-siyasi gücü ilə baş tutub. Ermənilər üzbəüz döyüşdə bunu heç vaxt bacarmazdılar. Necə ki, 2016-cı ilin aprel və bu ilin iyul ayının ortalarında Tovuz döyüşlərində bunun şadidi olduq.

Azərbaycan Prezidenti İlham Əliyev qarşımıza 7 şərt qoyan Ermənistanın baş nazirinə çox tutarlı cavab verib: "Əgər Ermənistanın baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, biz qondarma "Dağlaq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik, deməli, o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qaytarılmalıdırlar! Budur mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Biz çox yaxşı bilirik ki, iddialı qatı düşmənimiz var. Onları susdurmaq üçün hər cür imkanlara malikik. Bizi narahat edən təkcə odur ki, bu vətənin çörəyi ilə böyüyən bəzi nankorlarımız xarici ölkələrə sığınıblar. Onlar yaxşı işlərimizə qara yaxmağa çalışır, vətənimizin milli və dövlət maraqlarına xəyanət edirlər.

Əlbəttə, dövlət başçısının koronavirus pandemiyası ilə mübarizədə söylədiyi kimi, "Biz birlikdə güclüyük”. Həmin satqın, nankorlarımız niyə başa düşmək istəmirlər ki, Ermənistanda təkcə bir nəfər belə azərbaycanlı qalmadığı halda, onlardan bizdə olanları az deyil. Hələ də erməniyə işləyənlər, sirlərimizi onlara çatdıranlar var. Azərbaycandan xeyli uzaqlardan vətənə xəyanət edənlər düşmən dəyirmanına su tökdüklərini doğrudanmı anlamırlar, yaxud bu qədər nankorlaşıblar?!

Niyə hələ də müharibə şəraitində yaşadığımızı unuduruq biz? Niyə başa düşmürük ki, düşmənlərimiz bizim hər bir sözümüzdən öz xeyirlərinə istifadə etməyə çalışırlar?

Qədir TƏRTƏRLİ,

Tərtər Ağsaqqallar Şurasının sədri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM