Alternative content

11:03 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aprel və İyul döyüşləri şəhidlərinin övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb
Aprel və İyul döyüşləri şəhidlərinin övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:38 08.09.2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.

Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin tapşırığı ilə xidmət əhatəsində olan Qazax Rayon Komitəsinin nümayəndələri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət edib, şəhidin ailəsinə baş çəkib və onun ailə üzvləri ilə həmsöhbət olublar. Şəhidin ailə üzvləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin "Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar 2016-cı il aprelin 2-5-də və 2020-ci il iyulun 12-14-də döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında” 2020-ci il 13 avqust tarixli qərarı ilə tanış ediliblər.

Qərara əsasən, şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı - 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd Əhmədovlar 18 yaşa çatanadək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürülüb və hər ay onların hər birinə 150 (bir yüz əlli) manat yardım ediləcək.

Qeyd olunan vəsait artıq sentyabrın 1-də MİHİ Respublika Komitəsi tərəfindən həyata keçirilib.

Bundan əlavə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən şəhid ailəsinə bir sıra məişət avadanlıqları hədiyyə edilib. Həmçinin ailənin bu il ilk dəfə məktəbə gedəcək qız övladı Nigara və məktəbli Məhəmmədə zəruri məktəb ləvazimatları verilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM