06 Sentyabr 2020 00:29
1110
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli 1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 208, № 9, maddə 1840) ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 8-ci hissəsi ləğv edilsin və həmin Siyahının "Qeyd”indən "8,” rəqəmi çıxarılsın.

2. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 824) 2.3-cü bəndində "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

3. "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451; 2019, № 1, maddə 82, № 4, maddə 659) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədə "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları” üzrə:

3.2.1. 1.4.1-ci yarımbənddə və 2.6-cı bənddə "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

3.2.2. 11.2-ci bənddə "Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri "Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin və həmin bənddən "İdarə Heyəti” sözləri çıxarılsın;

3.3. həmin Fərmanla təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği” üzrə:

3.3.1. 1-ci abzasda "10 (on)” rəqəm və sözü "2 (iki)” rəqəm və sözü ilə əvəz edilsin;

3.3.2. 2-ci və 3-cü abzaslarda "6 (altı)” rəqəm və sözü "1 (bir)” rəqəm və sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video