04 Sentyabr 2020 09:51
4154
Səhiyyə
A- A+

Zeytun yağı uzunömürlülüyün ən yaxşı vasitələrindən biri hesab edilir


Alimlər tədqiqat apararaq zeytun yağının uzunömürlülük üçün ən yaxşı təbii vasitələrdən biri olduğunu müəyyən ediblər. Bu yağdan istifadə immun sistemini möhkəmləndirərək onu mikroorqanizmlər, bakteriyalar və ya viruslar tərəfindən edilən daxili hücumlardan qoruyur. Elmi mütəxəssislər bildiriblər ki, bu, uzunömürlülüyün artmasına şərait yaradır.

"Science Direct” jurnalından dərc olunan tədqiqatın nəticələrinə görə, zeytun yağı xərçəngin əmələ gəlməsi riskini azaldan, ürəyin sağlamlığını dəstəkləyən, uzunömürlülüyü artıran ərzaqdır.

AZƏRTAC "MedikForum”a istinadla xəbər verir ki, tədqiqatın müəllifləri Aralıq dənizi pəhrizi çərçivəsində istifadə edilən bu yağın sağlamlığa və üzünömürlülüyə meyilliyini öyrəniblər.

Tədqiqatın aparıcı müəllifi Duq Maşek deyib: "Bir çox tədqiqatlar göstərib ki, Aralıq dənizi pəhrizi sağlamlığa xeyli fayda gətirə bilər. Uzunömürlülüyün artırılması da buraya aid edilir. Pəhrizin əsas inqrediyenti zeytun yağıdır. Məhz bu təsirin başlıca izahı da zeytun yağı ola bilər.

Alimin sözlərinə görə, güclü yaxşılaşma effekti zeytun yağının tərkibində olan yağın növü ilə izah edilir. Onun əsasını monodoymamış yağ turşuları, ilk növbədə, olein turşusu təşkil edir. Onlar kifayət qədər axıcılıq xassəsinə malikdirlər, lakin saxlananda və yemək bişirilərkən istifadədə az turşulaşırlar, günəbaxan yağının turşularını buna misal göstərmək olar. Uzun ömürlü heyvanlar üzərində aparılan sınaqlar göstərib ki, onların hüceyrələrindəki membranlarda məhz monodoymamış yağ turşuları üstünlük təşkil edir və onların sayəsində qocalma prosesində orqanlar daha az zərər çəkir.

"Birinci sıxma zeytun yağı uzunömürlülüyü artırmaya qadir olan bütöv maddələr toplusuna malikdir, olein turşusu ilə yanaşı, bunlar beta-sitosterol, E və K1 vitaminləri, hidroksitirozol, oleokantal, eritrodioldur. Siçovullar üzərində sınaq aparıldığı zaman onlara zeytun yağı verilərkən bu gəmiricilər daha çox yaşayıblar”, - deyə mütəxəssislər bu barədə fikirlərini bölüşüblər.

Mütəxəssislər hər gün iki xörək qaşığı keyfiyyətli birinci soyuq sıxma zeytun yağından qəbul etməyi məsləhət görürlər. Onlar təsdiqləyirlər ki, belə praktika arteriyaların elastikliyini artırır, damarlardakı yüklülüyü azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır, həmçinin xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.

Həkimlər bildirirlər ki, zeytun yağının tərkibində olan oleokantal və fitonutriyent iltihabı azaldan ibuprofen effekti yaradır. Bu da döş xərçəngi və onun yenidən əmələ gəlməsi riskini azaldır. Həmçinin bu yağın tromb əmələ gəlməsinin və trombositlərin bir-biri ilə birləşməsinin qarşısını alması aşkar edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video