Alternative content

01:08 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karantin şəraitində rahat və ASAN dəstək
Karantin şəraitində rahat və ASAN dəstək
ANA SƏHİFƏ / SİYASƏT
00:27 29.08.2020


İlham Əliyevin 4 il öncə açılışını etdiyi Qəbələ "ASAN xidmət” Mərkəzinə indiyədək 550 mindən çox müraciət daxil olub


Bakıdan sonra ikinci ən böyük turizm mərkəzimiz, əsrarəngiz gözəlliklərə sahib olan Qəbələ şəhərində, dağlar qoynundayıq... Yamyaşıl örpəyə bürünmüş bu dağlar öz əzəməti, qüruru ilə insanın qəlbində möhtəşəm duyğular oyadır. Təbiətin bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət bir-birinə qovuşaraq maraqlı aura yaradır.

Müasir görkəm, rahat yollar, yeni tikililər, sosial obyektlər, sənaye müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, ən müasir standartlar səviyyəsində turizm infrastrukturu və bənzərsiz mənzərə insanı heyran edir və bunları seyr etdikcə, mübaliğəsiz demək olar ki, Qəbələ indi dünyanın ən gözəl və müasir şəhərlərindən birinə çevrilib.

Dörd il öncə dağlar qoynunda inşa edilən "ASAN xidmət” mərkəzinin müasir dizayn üslublu binası da həm şəhərin maraqlı memarlıq nümunələrinə əlavə yaraşıq verir, həm də vətəndaşlara operativ və şəffaf xidmət missiyasını davam etdirir. Elə buraya səfərimizin məqsədi də 4 il öncə avqust ayında Prezident İlham Əliyevin açılışını etdiyi mərkəzin ötən müddət ərzindəki fəaliyyəti ilə yaxından tanış olmaq idi.


Tibbi maska, ara məsafəsi və operativ xidmət


Qəbələ hazırda qlobal pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkədə elan edilmiş karantin qaydalarına əsasən, "sarı zona”da yerləşir. Buna baxmayaraq, şəhərdə karantin qaydalarına əməl edilməsinə ciddi nəzarət edilir. Elçin Kərimov küçəsi, 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşən "ASAN xidmət” mərkəzinin binası önündə qısa müşahidələr aparmaqla buna şahidlik etmək olar.

Qəbələ "ASAN xidmət” Mərkəzi bu çətin dönəmdə missiyasına sadiq qalaraq vətəndaşlara qüsursuz xidmət təqdim edir. 2016-cı ilin avqust ayının 10-da Prezident İlham Əliyevin açılışını etdiyi və həmin ayın 20-dən fəaliyyətə başlayan mərkəzdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən, ümumilikdə, 320-dən çox xidmət göstərilir.

Mərkəzə daxil olarkən diqqətçəkən ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsi oldu. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır, sonra əllər spirtlənir. Kompüter arxasında əyləşən əməkdaşlar tibbi maskadan istifadə etməklə, ara məsafəsini qorumaqla vətəndaşlara operativ xidmət göstərirlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə mərkəzin fəaliyyəti ilə bağlı söhbətimizdən bəlli oldu ki, buranın tikintisinə 2014-cü ildə başlanılıb və 2016-cı ildə tikinti başa çatıb. Bu, Azərbaycanın sayca 10-cu "ASAN xidmət” mərkəzidir. Mərkəz fəaliyyətə başladıqdan sonra Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Zaqatala, Balakən, Zərdab, Ucar, Şəki və Qax rayonlarının əhalisinə xidmət göstərməyə başlayıb. Şəki, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət” mərkəzlərinin açılışından sonra Qəbələ regional mərkəzinin, belə demək mümkündürsə, yükü bir qədər azalıb.

4 illik fəaliyyəti dövründə mərkəzə, ümumilikdə, 550 mindən çox vətəndaş müraciət edib. Eyni zamanda səyyar "ASAN xidmət” avtobusu vasitəsilə Qəbələ, İsmayıllı, Oğuz, Şamaxı, Zaqatala, Balakən, Zərdab, Ucar, Şəki və Qax rayonlarının kənd və qəsəbələrində 25 000-dən çox vətəndaş müraciətinə baxılıb. Hazırda gündəlik orta müraciət sayı 530-a yaxındır.


Məlumat mərkəzi - mehriban, nəzakətli davranış və çeviklik


Birinci mərtəbədə ana və uşaq otağı, könüllülərin masası, kommunal xidmətlər, hüquqi yardım, laboratoriya, tibb məntəqəsi, gözləmə zalı, saxlama kamerası, hüquqi yardım mərkəzi və yardımçı funksional xidmətlər mövcuddur. İkinci-üçüncü mərtəbələrdə bank, Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər, sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportunun verilməsi və dəyişdirilməsi, hərbi səfərbərlik, qida təhlükəsizliyi, miqrasiya xidməti, İqtisadiyyat Nazirliyinin lisenziyalarının alınması, vergi xidmətləri, əmək pensiyalarının təyin olunması, arxiv arayışlarının verilməsi, daşınmaz əmlakın qeydiyyatı, notariat, gömrük bəyannamələrinin hazırlanması xidmətləri həyata keçirilir. Dördüncü mərtəbədə isə əməkdaşlar üçün kitabxana, konfrans zalı, xidməti istirahət otaqları var.

Mərkəzin fəaliyyəti ilə tanışlığa ilk olaraq Məlumat mərkəzindən başlayırıq. İçəri daxil olan vətəndaşlar öncə Məlumat mərkəzinə yaxınlaşıb istəkləri ilə bağlı müraciət edirlər. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir.

Məlumat mərkəzinin əməkdaşı Şəmsiyyə Səfərli artıq 4 ildir burada çalışır. Ali təhsillidir. Bakı Qızlar Universitetinin məzunu olan Şəmsiyyə xanım deyir ki, əvvəllər mərkəz 10 rayonun əhalisinə xidmət etdiyi üçün müraciətlər çox olurdu. Ancaq buna baxmayaraq, onlar hər zaman vətəndaşları gülərüzlə qarşılayıb, təmkinlə dinləyib, nəzakətlə istiqamət verirdilər: "4 ildir ki, bu mərkəz fəaliyyətdədir. İstər işimizdə, istərsə də vətəndaşlarla ünsiyyətdə heç bir çətinliyimiz olmayıb. Karantin rejiminin tələblərinə ciddi əməl etməklə fəaliyyətimizi davam etdiririk. Vətəndaşlar da başa düşürlər ki, məsafə saxlamaq mütləqdir və hər kəs bir-birini anlayışla qarşılayır. Bu, əlbəttə ki, ilk növbədə, hər birimizin sağlamlığının qorunmasına xidmət edir. Çalışırıq ki, vətəndaşlar məmnun qalsınlar. Axı biz operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında fəaliyyət göstəririk”.

Məlumat mərkəzinin digər əməkdaşı Lalə Şərifzadə isə 2 ildir xidmətdə çalışır. O deyir ki, əvvəlcə mərkəzdə könüllü kimi çalışıb. "ASAN Könüllülük” Məktəbinin "Master-1” və "Master-2” pillələrini başa vurub: "Könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə təşkil olunan bu pillələr üzrə geniş təcrübə topladım. Sonra mənə böyük etimad göstərildi və Məlumat mərkəzində çalışmağa başladım. Fəaliyyət göstərdiyim 2 il müddətində qüsursuz çalışmaq üçün bütün gücümlə səy göstərdim. Çox şadam ki, bu gün burada vənətdaşlarımıza nəzakətli və asan xidmət göstərirəm”.


"ASAN xidmət” həm də gənclər mərkəzidir


Qəbələ regional "ASAN xidmət” Mərkəzində indiyədək 497 nəfər könüllü fəaliyyət göstərib, onlardan 465 nəfəri məzun, 32 nəfər isə cari könüllüdür. Bu dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları keçirilir, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Hər mərkəzdə olduğu kimi, buradakı könüllülər arasında da səmimi, mehriban münasibət var. Ümumiyyətlə, könüllülük mərhəmət, xeyirxahlıq, ədalət hissi deməkdir. Könüllülük ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir.

Gənclərlə söhbət zamanı bəlli oldu ki, onların əksəriyyəti burada təcrübə toplayıb "ASAN xidmət” mərkəzlərində və digər dövlət qurumlarında fəaliyyət göstərmək niyyətindədirlər. Aygül İslamova, Jalə Kərimxanova Şamaxı Regional Kollecinin Bank işi fakültəsinin məzunlarıdırlar. Bu ilin avqust ayının 4-dən könüllü kumi fəaliyyətə başlayan gənclər mərkəzdə çalışmaqla təcrübə toplamaq istəyirlər. Onlar deyirlər ki, könüllü olmaq dünyagörüşünün artırılması üçün çox yaxşıdır. Burada könüllü kimi işləməklə həm də səbirli davranmağı, daha nəzakətli, diqqətli olmağı da öyrənirlər.

İyul ayının 1-dən könüllü kimi çalışmağa başlayan Rövşən İbrahimli isə bundan öncə "Formula-1” qran-pri yarışları zamanı könüllü kimi fəaliyyət göstərib. Deyir ki, məqsədi "ASAN Könüllülük” Məktəbinin "Master-2” pilləsini başa vurub daha da təkmil təcrübə qazanmaqdır.

Günay Muradlı, Çinarə Fitilova da ali təhsilli könüllülərdirlər. Onlar burada, ilk növbədə, xeyirxahlığın, mərhəmətin insanlarda hansı hisslər yaratdığını öyrəniblər. Deyirlər ki, insanlara təmənnasız xidmət, köməklik etmək, əl tutmaq, onun sevincinə şərik olmaq həm savabdır, həm də xoş bir duyğudur. Gənclər könüllülük fəaliyyəti nəticəsində əldə etdikləri təcrübə, bilik və bacarıqların gələcəkdə onların peşəkar kimi formalaşmalarına kömək edəcəyini də bildirdilər.


İşlər asanlaşanda vətəndaş da məmnun qalır


Gənclərə uğurlar arzulayıb müxtəlif məsələlər üzrə mərkəzdəki xidmətlərdən yararlanmaq üçün buraya təşrif buyuran vətəndaşlarla söhbətləşirik. Şəxsiyyət vəsiqəsinin verilməsi xidməti bölməsindəki masada əyləşib önündəki aparata maraqla tamaşa edən balaca qızcığaz diqqətimizi çəkir. Gah xidmətin xanım əməkdaşına, gah aparata, gah da çönüb kənarda dayanan valideynlərinə baxır. Atası Zaur Mirzalılı deyir ki, qızı 5 yaşı tamam olduğu üçün məktəbəqədər hazırlığa getməlidir. Bunun üçün isə məktəbdən şəxsiyyət vəsiqəsi tələb olunur. Gəlişlərinin də məqsədi 5 yaşlı Aylinə yeni şəxsiyyət vəsiqəsi almaqdır: "Uşaq əvvəl qorxurdu. Amma xanım əməkdaş onunla elə rəftar etdi ki, uşaq tamam rahatlaşdı. Bu da bizi çox sevindirdi. Həqiqətən də, buraya işə qəbul edərkən çox təmkinli, gülərüz, mehriban gəncləri seçirlər. Təmkinlə hamını dinləyir, çox yaxşı xidmət göstərirlər”.

Rayon sakini Əbdürrəhim Qarakişiyev isə ümumvətəndaşlıq pasportunu almağın sevincini yaşayır. 10 gün öncə sənədlərini təqdim edib. İndi isə sənədini almağa gəlib: "Çox rahat, çox asan iş gedir. Düzdür, indi pasport almaq bir qədər qəribə görünür. Qlobal pandemiya ilə əlaqədar ölkəni tərk etmək mümkün deyil. Amma yəqin ki bu, çox çəkməz və tezliklə sərhədlər açılar, insanlar istədikləri ölkələrə səfər edərlər. Ona görə də qərara gəldim ki, pasportu indidən alım”.

Göyçay rayon sakini Asif Fətəliyev isə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət edib. Onun sözlərinə görə, cəmi 20 dəqiqəyə vəsiqəsini dəyişməyə nail olub: "Gəldim, müraciət etdim. Köhnə vəsiqəmi təhvil verdim. Banka 25 manat ödədim və qəbzi əməkdaşa təhvil verəndən sonra vəsiqəmi aldım. Belə asan işdən niyə razı qalmayasan?! Çox rahatdı, biz buna görə dövlətimizdən, ölkə rəhbəri cənab İlham Əliyevdən çox razıyıq. Hər dövlət başçısı xalq üçün bu cür rahat şərait yarada bilmir”.


39 milyondan artıq müraciət, 99,6 faizlik məmnunluq əmsalı


Göründüyü kimi, vətəndaşlar hətta karantin dövründə də şəffaf və operativ xidmət göstərən "ASAN xidmət” mərkəzlərinin işindən böyük razılıq edirlər. Bu mərkəzlər illərdir fəaliyyət göstərir və göstərilən xidmətlərin səviyyəsi aşağı düşmür. Qlobal pandemiya ilə mübarizə şəraitində vətəndaşlara operativ xidmət göstərilməsi dövlətin vətəndaşa qayğısının real təzahürüdür.

Bu gün ölkəmizdə 20 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Elnur Niftəliyev dedi ki, Bakıda iki, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət” mərkəzləri tikiləcək. Bununla yanaşı, Bakıda "ASAN Kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır.

Prezident İlham Əliyev Balakəndə sayca 20-ci "ASAN xidmət” mərkəzinin açılışında vurğulamışdır ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 "ASAN xidmət” mərkəzi olacaq.

Bu günədək "ASAN xidmət” mərkəzlərinə 39 milyondan artıq vətəndaş müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.

Elə Qəbələ "ASAN xidmət” Mərkəzində apardığımız müşahidələrə, vətəndaşlarla etdiyimiz söhbətlərə əsaslanaraq deyə bilərik ki, hər kəs bu xidmətin fəaliyyətindən razılıq edir. "ASAN xidmət” mərkəzinə daxil olarkən insanlarda sanki bir özgüvənlik hiss olunur. İşlərini bitirib mərkəzdən ayrılarkən simalarındakı təbəssüm, xoş cizgilər isə onların məmnunluğundan xəbər verir. Bu da cənab İlham Əliyevin milli brend kimi yaratdığı "ASAN xidmət” mərkəzlərinin missiyalarına sadiqliyinin bariz təcəssümüdür.

Biz də karantin şəraitində vətəndaşlara şəffaf, operativ xidmət göstərən Qəbələ "ASAN xidmət”in əməkdaşlarına uğurlar arzulayaraq xoş təəssüratlarla mərkəzdən ayrılırıq. Bu mərkəzdə şahidlik etdiyimiz mənzərə bir daha onu deməyə əsas yaratdı ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi cənab İlham Əliyevin insanlara nümunəvi, şəffaf xidmət göstərilməsi istiqamətində yaratdığı milli brendin nüfuzunu, qüdrətini getdikcə daha da yüksəldir.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM