28 Avqust 2020 15:33
1210
Elm və texnika
A- A+

Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisə


ABŞ-ın "Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan və "Emerging Sources Citation Index” (ESCİ) bazasında yer alan "TWMS Journal Pure and Applied Mathematics” ("Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) jurnalı bir pillə yüksələrək "Science Citation Index Expanded” (SCİE) Indeks bazasında yer alıb.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, "Science Citation Index Expanded” (SCIE) indeks bazasına bu günə qədər respublikada daha bir jurnal 2010-cu ildə 2.316 impakt faktor ilə daxil olub: "Applied and Computational Mathematics”.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan çox ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr "MatReviews”, "Zentrablatt”, "VINITI” kimi nüfuzlu bazalarda referat olunur, "E-Letter”, "NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi Qəmər Məmmədovadır.

Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video