Alternative content

01:38 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin qlobal təşəbbüsləri ölkəmizin geosiyasi çəkisini artırır
İlham Əliyevin qlobal təşəbbüsləri ölkəmizin geosiyasi çəkisini artırır
ANA SƏHİFƏ / SİYASƏT
00:57 28.08.2020


ABŞ-ın Azərbaycan Prezidentinin reallaşdırdığı beynəlxalq miqyaslı layihələrə tam dəstək verməsi bunun bariz təcəssümüdür


Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi çəkisi gündən-günə artan, Avrasiyanın əlverişli nəqliyyat-logistika mərkəzinə çevrilərək qitənin enerji xəritəsini yenidən tərtib edən Azərbaycan reallaşdırdığı transmilli layihələrlə beynəlxalq birliyin ən etibarlı tərəfdaşı hesab olunur. Açıq dənizə çıxışı olmayan bir ölkənin qısa zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilməsi həqiqətən də ölkəmiz adına böyük nailiyyətdir.

Bu uğurlar Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi tam müstəqil və düşünülmüş siyasəti fonunda əldə edilib.


Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir


Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansısa bir beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən qərb, şimaldan cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin razılığı əsasında gerçəkləşir.

Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır. İndi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələr ölkəmizin nəyə qadir olduğunu sübuta yetirir.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan bu layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edir. "Cənub qaz dəhlizi”nin tam gücü ilə fəaliyyətə başlaması isə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm aktora çevriləcək.

Ötən həftə "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində cənab İlham Əliyev bir daha bu layihəni dəyərləndirərək dedi ki, indi əsas diqqət "Cənub qaz dəhlizi”nin başa çatmasına yönəldilib. Hazırda layihə uğurla icra edilir. Kəmərin dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Bu işlər tamamlandıqdan sonra dövlətimizin təşəbbüsü və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam yekunlaşacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, "Cənub qaz dəhlizi” tam istismara veriləcək.

Prezident bildirdi ki, "Cənub qaz dəhlizi” olmasaydı, heç bir xarici investor Azərbaycandakı yataqlara sərmayə yatırmaq istəməzdi. Gələcəkdə bu dəhlizlə təkcə "Şahdəniz”dən deyil, işlənməsi müxtəlif mərhələlərdə olan digər yataqlardan alınan qaz da nəql ediləcək. Bu da, əlbəttə ki, ixracın coğrafiyasını dəyişəcək. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlığını daha da gücləndirəcək: "Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.


ABŞ-dan İlham Əliyevə tam dəstək


"Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcək. Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Bir çox böyük dövlətlər də cənab İlham Əliyevin reallaşdırdığı layihələrə dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Onların içərisində Amerika Birləşmiş Ştatlarını xüsusi olaraq vurğulamaq olar. Bu günlərdə keçirilən "2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair Simpoziumu”nda çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger qeyd edib ki, onun ölkəsi dünyada etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır. Onun sözlərinə görə, enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin edib və dövlətin liderləri, siyasətçiləri mürəkkəb coğrafi və enerji mühitində fəaliyyət göstərərək hazırkı uğuru əldə ediblər:

"Bizim çatdırmaq istədiyimiz ismarıc aydın və davamlıdır: Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinə, sabitliyinə verdiyi töhfə tərəfimizdən yüksək qiymətləndirilən müsbət öhdəliyin nümunəsidir”.

Səfir həmçinin vurğulayıb ki, "Cənub qaz dəhlizi” layihəsinin bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyəti var, habelə layihə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir: "Bu layihə Rusiyanın xaricində hasil olunan qazın Şərqdən Qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq. Layihənin tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”.

Səfir həmçinin Birləşmiş Ştatların Azərbaycanın Sovet İttifaqından ayrılandan sonra əldə etdiyi müstəqilliyini, sabitliyini və rifahını tam dəstəklədiyini də söyləyərək iki ölkə arasındakı davamlı təhlükəsizlik təşəbbüslərindən söz açıb. Məhz bu təhlükəsizlik təşəbbüsləri sayəsində sərhəd təhlükəsizliyi, Xəzər dənizində mühüm infrastrukturun mühafizəsi, kibertəhlükəsizlik və transmilli terrorçuluğa qarşı mübarizə sahələrində gücləndirici fəaliyyətlər həyata keçirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cənab İlham Əliyevə ünvanladığı məktubda da "Cənub qaz dəhlizi”nin inanılmaz nailiyyət olduğunu və bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayaraq layihəyə birmənalı dəstəyini ifadə etmişdi.


İlin sonunda "Cənub qaz dəhlizi”nin çəkilişi tamamlana bilər


"Cənub qaz dəhlizi” Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək yolu rolunu oynayan vasitə kimi qəbul edilir. Avropanın enerji təminatında isə Azərbaycanın xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Təkcə Azərbaycanın və regionun deyil, bütün Avrasiya məkanının enerji təhlükəsizliyində mühüm rol oynayacaq "Cənub qaz dəhlizi”nin çəkilişinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur. Belə ki, dəhlizin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası yekun mərhələyə qədəm qoyub.

Layihənin üç hissəsi isə artıq uğurla fəaliyyət göstərir. 3500 kilometrlik "Cənub qaz dəhlizi” Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağı ölkəmizin və Gürcüstanın ərazisindən keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırmaq üçün inşa edilib. "Şahdəniz-2”dən əldə olunacaq illik 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Avropa ölkələri üçün nəzərdə tutulub.

Əminliklə söyləyə bilərik ki, "Cənub qaz dəhlizi” Azərbaycana böyük dividendlər qazandıracaq və ölkəmizin dünya birliyində çəkisini daha da artıracaq. Prezidentin söylədiyi kimi, "Cənub qaz dəhlizi” Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatdığını bir daha təsdiqləyir və demək olar ki, kəmərin tam gücü ilə işə düşməsindən sonra ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövr başlayacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM