Alternative content

03:13 25 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:21 25.09.2020 BİLDİRİŞ
01:21 25.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir
“Azercell”in Müştəri Xidmətləri və Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir
ANA SƏHİFƏ / ELANLAR
00:19 27.08.2020


Bu ilin 7 ayında Bakı və bölgələrdə 400 minə yaxın abunəçiyə xidmət göstərib


COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi dövründə də "Azercell Telekom” MMC abunəçilərinə ofislərdə və səyyar şəkildə fasiləsiz xidmət göstərib.

Ağır və gərgin iş rejiminə baxmayaraq, şirkətin Müştəri Xidmət Mərkəzləri həm müştərilərin, həm də əməkdaşların səhhətinin qorunması məqsədilə lazımi qoruyucu tədbirlər görərək maksimal təhlükəsiz şəraitdə öz fəaliyyətini davam etdirib.

"Azercell” Müştəri Xidmətləri tərəfindən bu ilin ilk 7 ayında xidmət göstərilən müştərilərin sayı Bakıda 220000-dən artıq, regionlarda isə 180000-ə yaxın olub.

Ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq, "Azercell” öz abunəçilərinə ev şəraitindən ayrılmaması və kütləvi insan axınının mövcud olduğu yerlərə getməməsi üçün alternativ xidmət kanalları təqdim edib. Belə ki, pandemiya dönəmində "Azercell”in Mobil Müştəri Xidmətləri tərəfindən abunəçinin istəyinə uyğun olaraq ona birbaşa yaşadığı ünvanda xidmət göstərilib. 5 ay ərzində (1 mart-31 iyul 2020) "Azercell” Mobil Müştəri Xidmət Mərkəzinə 700-ə yaxın müraciət daxil olub. Onlardan 300-dən çoxunu 65 yaşdan yuxarı olan abunəçilər təşkil edib ki, bu kateqoriyadan olan vətəndaşlara bütün ölkə boyu "Azercell” tərəfindən pulsuz xidmət göstərilib.

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə "Azercell” Müştəri Xidmət ofisləri xüsusi rejimdə işlədiklərindən abunəçilərin məsafəli qalması və daha təhlükəsiz şəraitdə xidmət göstərilməsi üçün bəzi hallarda elektron növbə tətbiq olunmayıb. Buna görə həmin dövrdə Müştəri Xidmət Mərkəzlərində qəbul edilən və xidmət göstərilən real abunəçi sayı qeyd olunandan qat-qat çoxdur.

"Azercell”in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzlərində pandemiyanın ilk günlərindən bu günə qədər zəruri tədbirlər görülür. Xidmət işçiləri və müştərilərin istifadəsi üçün içində antiseptik gel olan dozatorlar quraşdırılıb. Yalnız Müştəri Xidmət Mərkəzlərində deyil, ümumiyyətlə, "Azercell”ə məxsus olan ofislərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, ofislərə girişdə hərarət kontaktsız rəqəmsal termometrlə ölçülür. Müştərilərlə təmasda olan əməkdaşlara, səyyar xidmət də daxil olmaqla, qoruyucu maskalar və əlcəklər təqdim edilir.

COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşların və müştərilərin sağlamlığının qorunması məqsədilə bir sıra Müştəri Xidmətləri (Q. Qarayev pr. 81, B. Bağırova 2, H.Z. Tağıyev, 26A ünvanlarında yerləşən) ofislərində masaüstü şüşə arakəsmələr qoyulub. B. Bağırova 2 ünvanında yerləşən xidmət mərkəzinin önündə isə küçədə növbə gözləyən abunəçiləri gündən qorumaq üçün tent quraşdırılıb.

"Azercell Telekom” hər bir şəraitdə müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Lakin abunəçilərin sağlamlığının qorunması məqsədilə distant xidmət kanallarına - "Azercell”in çoxfunksional "Kabinetim” tətbiqindən və Onlayn Müştəri Xidmətlərindən - yararlanmaq, yalnız zəruri hallarda Müştəri Xidmət Mərkəzlərinə müraciət etməsi tövsiyə olunur.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM