21 Avqust 2020 18:16
1582
Elm və texnika
A- A+

Tarix İnstitutunda ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixinə dair yeni kitab çap olunub


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu "Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” kitabını çap edib.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində "Azərbaycan Tarixçiləri” İctimai Birliyi (ATİB) tərəfindən nəşr olunub. Kitabın müəllifləri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və elmi müəssisənin Qarabağ tarixi şöbəsinin müdiri, dosent Güntəkin Nəcəfli, texniki redaktoru isə ATİB-in sədri, dosent Mehri Xanbabayevadır.

Bu əsər Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Müəlliflər əsərdə qeyd edirlər ki, XIX əsrin əvvəllərində çar Rusiyası I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən həm Qacarlar İranından, həm də Osmanlı imperiyasından kütləvi surətdə ermənilərin Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bunun üçün burada öncə qanlı qırğın siyasəti yeridildi. Çar Rusiyasına xidmət edən erməni və gürcü əsilli zabitlərin – sisianovların, lazaryanların, melikyansların, madatovların vasitəsilə burada əliyalın azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirildi. Ermənilər və ermənipərəst qüvvələr bu tarixi nə qədər saxtalaşdırsalar da, çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, ermənilərin köçürülməsi ilə bağlı verilən təlimatlar, göstərişlər və digər sənədlər bu tarixi həqiqəti sübut edir!

Nəşrdə yazılır ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürülüb gətirilməsi ilə daha doğrusu, çar Rusiyasının Qafqaz siyasəti ilə sıx bağlıdır. Ermənistan bu gün Cənubi Qafqaz üçün, bütövlükdə həm də region üçün ən ciddi təhlükə, münaqişə ocağıdır. Ermənistan həm də dünyada sülh üçün ciddi təhlükədir. Bu təhlükənin mənbəyi erməni millətçilərinin saxtalaşdırdığı tarix – "böyük Ermənistan” uydurmasıdır.

Xatırladaq ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələr çərçivəsində ATİB tərəfindən "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, "Çuxursəd hakimləri və İrəvan xanları” əsərləri nəşr olunub və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video