20 Avqust 2020 16:10
984
Elm və texnika
A- A+

ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi yeni layihəyə başlayıb


ADA Universiteti Avropa İttifaqının (Aİ) keçirdiyi "Erasmus+ Jean Monnet Module” üzrə qrant müsabiqəsinin qalibi seçilərək Aİ ilə yeni layihəyə başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə əldə etdiyi qrant vasitəsilə ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi tədqiqatçılar üçün təlim proqramlarını, mühazirələri və layihələri maliyyələşdirəcək, dövlət qulluqçularının Aİ barədə biliklərini təkmilləşdirmək üçün kurslar təşkil edəcək.

"Jean Monnet” layihəsi çərçivəsində keçirilən müsabiqəyə müxtəlif ölkələrdən 1000-dən çox aparıcı elm-təhsil müəssisəsinin qoşulmasına baxmayaraq, ADA Universiteti də daxil olmaqla 240 ali təhsil müəssisəsi qalib seçilib.

ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev də "Jean Monnet” adına fəxri professorluq vəzifəsinə layiq görülüb.

"Jean Monnet” layihəsi ali təhsil müəssisələrində gənc tədqiqatçıların Aİ üzrə tədqiqatlar aparmasını və bu istiqamətdə təlim-tədris proqramlarının həyata keçirilməsini təşviq edir. Aİ ilə bağlı elmi araşdırmalarda, tədqiqatçıların yetişdirilməsində fəal iştirak edən ADA Universiteti Aİ-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2013-cü ildə ADA nəzdində Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzini yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video