15 Avqust 2020 19:35
714
DÜNYA
A- A+

Beyrut faciəsi qurbanlarının ailələri BMT-yə müraciət ediblər


Avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışın qurbanlarının ailələri BMT-yə müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, onlar ABŞ-ın Federal Təhqiqat Bürosunun da iştirakı ilə faciənin beynəlxalq səviyyədə təhqiq edilməsini tələb edirlər.

Son məlumata görə, 179 nəfərin həlak olduğu və 6 mindən çox insanın yaralandığı faciənin əsas səbəbinin Livanda tüğyan edən korrupsiya olduğu bildirilir. Həsən Diyabın kabineti də əhalinin etirazları qarşısında istefa verməyə məcbur olmuşdu. Baş Nazir özü də bu faktı etiraf edib.

Vəkil Nada Əbdülsatir bildirib ki, vəziyyətdən yeganə çıxış yolu beynəlxalq səviyyədə təhqiqatın aparılması, BMT Təhlükəsizlik Şurasının xüsusi istintaq qrupu yaratmasıdır. "Bu təhqiqatın nəticələri və faciənin baş verməsində təqsirkar olanlar insanlığa qarşı cinayət ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdır”, - deyə vəkil vurğulayıb.

BMT-yə müraciəti partlayışdan zərər çəkən minlərlə insan imzalayıb. Müraciətin mətni BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video