15 Avqust 2020 14:50
470
CƏMİYYƏT
A- A+

Prezidentin köməkçisi: Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar açıqlama verilib. Mömin insanlarımızın hisslərinə və inanclarına çox böyük hörmətlə yanaşırıq. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini mərasimlər keçirilib. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi digər ölkələrin təcrübəsi, bu ölkələrdə keçirilən dini tədbirlərlə bağlı şərtlər öyrənilir, həmçinin bu dövlətlərdən olan həmkarlarımız ilə də fikir mübadiləsi aparırıq. Ancaq Azərbaycandakı hazırki epidemioloji vəziyyət və həmin ölkələrin təcrübəsi alınaraq qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

"Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı vətəndaşlarımıza müraciətlər olub. Vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyinə inanırıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video