15 Avqust 2020 12:12
599
CƏMİYYƏT
A- A+

Hikmət Hacıyev: Rəsmi ezamiyyə vərəqəsi ilə bölgələrimizə səfərlər həmin rayonlarımızda yoluxma hallarının artmasına təsir göstərib


Ötən həftə və bu həftə ərzində aparılan monitorinqlərə əsasən deyə bilərik ki, çimərliklərdə bir o qədər də sıxlıq müşahidə olunmur. İlkin mərhələdə yəni, ötən həftənin sonlarında müəyyən sıxlıq müşahidə olunmuşdur. Kütləvi İnformasiya Vasitələrinin aktiv fəaliyyəti, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların məlumatlandırma tədbirləri nəticəsində çimərliklərdə sıxlığın aradan qaldırılması və vətəndaşlarımızın təhlükəsiz şəraitdə istirahət etmələri təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib ki, Çimərlik.az portalına müraciət edən vətəndaşlarımızın sayı artmaqdadır. Portala müraciət edən vətəndaşlarımız vəziyyətə uyğun olaraq sıxlığın müşahidə olunmadığı çimərliklərə gedirlər.

Rayonlara gediş gəlişin açılması ilə bağlı məsələyə toxunun Prezidentin köməkçisi qeyd edib ki, bu məsələ hazır müzakirə olunmaqdadır. "Regionlarda və Bakı şəhərində olan mövcud epidemioloji vəziyyət, həmçinin ezamiyyə vərəqələri və müxtəlif icazələrlə səfər edənlərin həmin regionlarımızla Bakı arasında əlaqələri və bunun epidemioloji vəziyyəti təsirləri kimi, məqamlar araşdırılır. Görünən odur ki, rəsmi ezamiyyə vərəqəsi ilə bölgələrimizə səfərlər həmin rayonlarımızda yoluxma hallarının artmasına təsir göstərib”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video