Alternative content

03:23 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin köməkçisi: Yoluxma hallarının azalması vətəndaşlarımızın mövcud karantin rejiminin şərtlərinə riayət etməsinin nəticəsidir
Prezidentin köməkçisi: Yoluxma hallarının azalması vətəndaşlarımızın mövcud karantin rejiminin şərtlərinə riayət etməsinin nəticəsidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:00 15.08.2020

Dünyada koronavirusa qarşı mübarizə və virusun yayılması tendensiyasına baxdıqda görürük ki, dünya üzrə yoluxma sayı 21 milyondan çoxdur, həmçinin ölüm sayı 800 minə yaxındır. Beləliklə, koronavirusla mübarizə hələ də beynəlxalq gündəlikdə əsas məsələ kimi qalmaqdadır. Azərbaycan da beynəlxalq miqyasda koronavirus pandemiyası ilə əlaqədar gedən prosesləri yaxından izləyir, tərəfdaş ölkələrlə, beynəlxalq təsisatlarla məsləhətləşmələri davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Hikmət Hacıyev deyib: "Bundan əvvəlki dövrdə bir sıra ölkələrdə karantin rejimi aradan qaldırılmışdı. Lakin həmin ölkələrdə yoluxma hallarının artması ilə əlaqədar yenidən karantin rejiminin tətbiqi müşahidə olunur. Görülən tədbirlər nəticəsində Azərbaycanda yoluxma hallarının azalmasına nail olundu. Ancaq buna baxmayaraq, hər birimiz daha da ehtiyatlı olmalıyıq. Yoluxma hallarının azalması vətəndaşlarımızın mövcud karantin rejiminin şərtlərinə riayət etməsinin nəticəsidir. Lakin günlərdən fərqli olaraq bəzən bu rəqəmlərdə cüzi də olsa artma müşahidə olunur. Bu da vətəndaşların fəallıq dinamikası ilə bağlıdır. Bir daha vətəndaşlarımızdan maskalardan istifadəyə, sosial məsafəyə, gigiyena qaydalarına riayət etmələrini xahiş edirik”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM