Alternative content

06:07 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birliyin və qardaşlığın parlaq təzahürü
Birliyin və qardaşlığın parlaq təzahürü
ANA SƏHİFƏ / SİYASƏT
00:24 15.08.2020


İlham ƏLİYEV: "Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”


Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın türk dövlətləri ilə bütün sahələrdə sıx münasibətləri formalaşıb. Bu dövlətlər arasında Türkiyə ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Hansı ki, bu əlaqələrin dünyada ikinci oxşar analoqunu tapmaq mümkün deyil. Tarixin sınaqlarından çıxan bu qardaşlıq əlaqələri həm də strateji xarakter daşıyır.


Tovuz döyüşlərində Azərbaycanı ilk və birmənalı şəkildə dəstəkləyən Türkiyə oldu


Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının müzakirə mövzusu olmasıdır. Bu münasibətlərdə hər hansı boşluq tapmaq isə mümkün deyil.

Məhz dostluq və qardaşlıq əlaqələrindən irəli gələrək Türkiyə Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç bir siyasi-diplomatik münasibət qurmur. Ötən ay Tovuzda Ermənistanın hərbi təxribatının baş verməsindən sonra Türkiyənin siyasi və hərbi rəhbərliyinin qətiyyətli və kəskin bəyanatları bir daha göstərdi ki, qardaş dövlət Azərbaycanı heç vaxt tək qoymayacaq. Avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güleri və qoşun növləri komandanlarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, münasibətlərin bu səviyyəsi bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir: "Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir”.


Təlimlərin intensivliyi bundan sonra daha da artacaq


Azərbaycanla Türkiyə arasındakı sıx münasibətlərin ən mühüm göstəricilərindən biri dərin hərbi əməkdaşlıqdır. Hərbi gücünə görə NATO-nun liderlərindən olan Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində uzun illərdən bəri dərin əməkdaşlıq mövcuddur. Türkiyə hərbçiləri hələ ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işində yaxından iştirak etməyə başlamış, sonralar hərbi əlaqələr bir çox sahələri əhatə etmişdir. Türkiyə dövləti Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verib. Qarşılıqlı etimada əsaslanan hərbi əlaqələr həm də bölgədə sülhün, sabitliyin, davamlı inkişafın və iki dövlətin xalqlarımızın rifahının təmin olunması baxımından əhəmiyyət kəsb edir.

İndi iki ölkənin hərbi əməkdaşlığı müdafiə sahəsinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. Bu sırada hər il keçirilən birgə təlimlər xüsusən aktuallığı ilə diqqəti cəlb edir. Ona görə ki, ilk növbədə Türkiyə NATO-nun üzvüdür, həm də hərbi gücünə görə əksər üzv dövlətlərdən öndədir.

Belə bir ölkənin ordusu ilə birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən və illik plana uyğun olaraq iyulun sonundan başlayaraq hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Hərbi təlimlərin başlanması, xüsusən Azərbaycanda Türkiyə Ordusunun bölmələrinin qarşılanması, dövlət bayraqlarının dəyişdirilməsi mərasimi hər kəsi qürurlandırdı, duyğulandırdı. Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə qardaşlığı yalnız sözdə deyil. Bu qardaşlıq əməldə, bir-birinə dayaq durmaqda, dəstək verməkdədi.

Avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güleri və qoşun növləri komandanlarını qəbul edən Prezident İlham Əliyev təlimlərin intensivliyinin bundan sonra daha da artacağını bəyan etdi: "Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var”.


Düşmənə verilən mesaj


Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi. Plana əsasən, təlimlər quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi.

Hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərdilər, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırdılar, milli maraqlardan irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirdilər.

Onu da qeyd edək ki, iki ölkənin müdafiə sahəsində uğurlu əməkdaşlığının növbəti göstəricisi olan bu təlim miqyasına və qarşıya qoyulan vəzifələrə görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqləndi. Ona görə bu təlim Ermənistanın siyasi-hərbi dairələrində ciddi narahatlıqla qarşılandı. Ermənistanın hərbi-siyasi dairələrindən səslənən fikirlər də göstərdi ki, Azərbaycan-Türkiyə birgə təlimləri düşmən ölkəni ciddi şəkildə təşvişə salır.

Bu təlim Tovuz döyüşlərindən sonra düşmənə verilən növbəti hərbi-siyasi mesaj oldu. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın tək olmadığını bir daha bəyan edərək dedi: "Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.

Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər düşmənin dincliyini pozan əsas amillərdən biridir. Nəticələr göstərir ki, ordumuzun bütün bölmələri istənilən situasiyada qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu baxımdan ən müasir döyüş imkanlarına malik olan Azərbaycan Ordusunun hər bir təliminin məqsədinin nə olduğunu Ermənistanda yaxşı anlayırlar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM