Alternative content

00:25 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev antiböhran tədbirlərini inamla reallaşdırır
Prezident İlham Əliyev antiböhran tədbirlərini inamla reallaşdırır
ANA SƏHİFƏ / SİYASƏT
00:22 15.08.2020


Dünya iqtisadiyyatının koronavirus pandemiyası ilə bağlı itkiləri qəfil zərbə təsiri bağışlayır və yüz milyardları aşaraq trilyonlarla ölçülür. "Şok effekti verən bu rəqəmin 2020-ci ildə bir trilyon dollardan artıq olacağı gözlənilir”.

Bu ilin fevralında "Oxford Economics”in analitiklərinin gəldiyi qənaət belə idi. İlin əvvəlində ekspertlər hesab edirdilər ki, pandemiyanın yeni dalğası baş verərsə, daha ağır nəticələrlə üzləşmək təhlükəsi qaçılmaz olacaq.

Mart ayında isə BMT-nin ticarət və inkişafla bağlı məruzəsində dünya iqtisadiyyatının itkilərinin "Oxford Economics”dən fərqli olaraq iki dəfə artıq - 2 trilyon ətrafında olacağı göstərilirdi.

"Bloomberg” tədqiqatlarında göstərirdi ki, dünya iqtisadiyyatının itkiləri enerji daşıyıcıları bazarında yaranan böhran, müəssisələrin işçilərinin kütləvi işə çıxa bilməməsi, istehsalın bağlanması, turizmin bir sahə kimi müvəqqəti dondurulması, nəqliyyatın dayanması, yüklərin daşınmasının və investisiya qoyuluşlarının kəskin azalması ilə bağlı olacaq. Bu ilin aprelində isə Beynəlxalq Valyuta Fondu pandemiyanın dünya iqtisadiyyatını 2020-ci ildə 3 faiz azalda biləcəyini elan etdi. "BLOMBERQ” mart ayında bir daha bu mövzuya qayıdaraq pandemiyadan yaranan qlobal itkilərin 5 trilyona çatacağını bildirdi.

Belə mürəkkəb vəziyyətdə hər dövlət öz yolunu axtarır, yeni iqtisadi kursunu təyin edir. Lakin reallıq ondan ibarətdir ki, zəiflər çökür və güclülərin qazanmaq şansı artır.

Azərbaycan da dünyada gedən proseslərdən kənarda deyil. Ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa təbii olaraq mənfi təsir göstərmişdir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq üzündən kənd təsərrüfatı sahəsində yeni proqnozlar verilir.

Obyektiv səbəblərə görə, ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektorların işini çətin vəziyyətə salmışdır. Enerji bazarlarının da tam bərpa olunmaması obyektiv çətinliklər yaratmaqdadır.

Prezident İlham Əliyev bütün vacib yeni təyinatları zamanı keçirdiyi videoqəbullarda, beynəlxaq miqyaslı konfrans və tədbirlərdə vəziyyətlə bağlı mövqeyini açıqlayır, qiymətləndirmələr verir, çıxış yollarını göstərir.

Bu il avqustun 6-da dövlət başçısı ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformat çərçivəsindəki müşavirədə bu mövzuya bir daha toxunmuş, ən kritik ssenarilərə hazır olmağın vacibliyini dilə gətirmişdir.

Pandemiya dalğasının hələ geri çəkilməməsinə baxmayaraq, Azərbaycanda sosial məsələlər ardıcıl və sürətlə həll edilir. Prezident bunu belə izah edir: "Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir”.

Həqiqətən 2020-ci ildə sosial layihələrin həcmi rekord həddə çatmış və onların heç biri yarımçıq qalmamış və ixtisar edilməmişdir. Bu il 7 mindən çox - rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Yenə də rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək.

Azərbaycan Prezidenti, həmçinin pandemiya şəraitində biznesə ciddi dəstək verilməsi üçün konkret tədbirlər görür. Bu il yazın əvvəlində koronavirus pandemiyasının dünyanın enerji bazarlarında törətdiyi şoklar bütün ölkələri silkələdi. Yaranmış vəziyyət yeni düşüncə tərzinin, fərqli və operativ iqtisadi addımların atılması zərurətini yaratdı. Bütün dünya miqyasında iqtisadiyyatın bir çox sahələrində böhran yarandı, əksər ölkələr və nəhəng şirkətlər ağır zərbələrə məruz qaldılar.

Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidenti cəsarətli iqtisadi qərarlar verdi. Belə ki, ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli tədbirlər planının hazırlanmasına start verildi, iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edilərək təsdiqləndi. Bununla ölkədə makroiqtisadi sabitliyin qorunması üçün zəmin yaradıldı. Operativlik, çeviklik isə büdcə gəlirlərini ilin birinci yarısında tam icra etməyə və valyuta məzənnəsini sabit saxlamağa imkan verdi. Bunlardan əlavə, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunaraq icra olundu, dövlətin xarici və daxili borcu artmadı. Həmçinin vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə əksini tapdı, ipoteka proqramının genişlənməsinə dair tədbirlər həyata keçirildi, dövlət sektorunda fəaliyyət göstərən və bir sıra digər müəssisələrə iqtisadiyyata dəstək proqramı çərçivəsində kömək göstərildi.

Bununla belə, Prezident müşavirədəki yekun nitqində mövcud nöqsanlardan da danışdı: "...özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq”.

Göründüyü kimi, Prezident haqlı olaraq hesab edir ki, dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməmələri yolverilməzdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM