Alternative content

00:08 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru”
“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru”
ANA SƏHİFƏ / Elm və texnika
00:21 15.08.2020


Hazırkı dövrdə ölkədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan elmi-tədqiqatların vəziyyətinin qiymətləndirilməsi, müvafiq yol xəritəsinin müəyyənləşdirilməsi, ilkin nəzəri və kliniki nəticələrin elmi ictimaiyyətin nəzərinə çatdırılması üçün alim və mütəxəssisləri vahid virtual məkanda toplamağa olan ehtiyacı nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyası müvafiq problemlər üzrə beynəlxalq onlayn konfrans keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycanı, eləcə də ABŞ, Birləşmiş Krallıq, Fransa, Cənubi Koreya, Türkiyə və İranı təmsil edən 250-dən çox alim və mütəxəssisin iştirakı ilə 4-6 avqust tarixlərində baş tutmuş konfransda 9 plenar və 36 simpoziumal məruzə dinlənilmişdir. Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

COVID-19 koronavirus pandemiyası aylardır bütün dünyanı gərgin vəziyyətdə saxlamaqdadır. Bu günə kimi planetdə 20 milyona qədər insan bu xəstəliyə yoluxmuş, onlardan 750 minə yaxını həyatını itirmişdir. Bəşəriyyətin pandemiyaya qarşı mübarizəsi ciddi şəkildə davam etsə də, hələ ki, nə yayılmanı dayandırmaq, nə də xəstəliyə qarşı effektiv vaksin və dərmanların hazırlanmasında ciddi uğurlar əldə etmək mümkün olmamışdır.

Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir.

Koronavirus və onun yayılması nəticəsində yaranmış problemlərlə bağlı elmi ictimaiyyətin üzərinə çox böyük vəzifələr düşdüyü nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və digər dövlət qurumlarının elmi tədqiqat müəssisələrində COVID-19 xəstəliyinə qarşı mübarizə istiqamətində ölkə Prezidentinin tapşırıqları ciddi şəkildə icra edilmişdir. Kütləvi informasiya vasitələrində, televiziya kanallarında, informasiya agentliklərinin bülletenlərində, internet portallarında, sosial şəbəkələrdə çoxsaylı məqalələr dərc olunmuş, müsahibələr verilmiş, müraciətlər edilmiş, geniş və əhatəli təbliğat və maarifləndirmə işləri aparılmışdır. Bu prosesə virusların tədqiqi, onlara qarşı vaksin və terapevtik dərmanların hazırlanması üzrə dünyanın aparıcı ölkələri və mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlər də cəlb edilmişlər. Lakin bütün atılan addımlara baxmayaraq, dünyada olduğu kimi, Azərbaycanda da hələ ki, pandemiyaya tam qalib gəlmək mümkün olmamışdır.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu müvafiq problemləri əhatə edən "Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn konfrans keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs AMEA-nın rəhbərliyi tərəfindən müsbət qarşılanmış və onun keçirilməsinə hərtərəfli dəstək verilmişdir.

Konfransın mövzuları çox geniş olmuş, ən müxtəlif sahələri əhatə etmişdir. O cümlədən aşağıdakı əsas istiqamətlər müəyyənləşdirilmişdir:

- yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;

- təkamül və epidemiologiya, gələcək risklər;

- viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

- yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

- COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

- viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

- epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

- pandemiyalar və bioetik problemlər;

- mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.

Beynəlxalq konfransın işinin yüksək səviyyədə qurulması üçün AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin sədrliyi ilə konfransın təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova (sədr müavini), Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri, tibb üzrə fəlsəfə doktoru Ramin Bayramlı, AMEA prezidentinin müşaviri, akademik Əli Abbasov, Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin Baş direktoru, tibb üzrə fəlsəfə doktoru Natiq Xəlilov, Azərbaycan Respublikasının baş infeksionisti, tibb üzrə fəlsəfə doktoru Cəlal İsayev, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri AMEA-nın müxbir üzvü Nuru Bayramov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) laboratoriya müdiri AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Kembric Tibbi Tədqiqatlar Şurası Molekulyar Biologiya İnstitutunun (Birləşmiş Krallıq) qrup rəhbəri, MBBİ-də beynəlxalq laboratoriyanın müdiri professor Qərib Mürşüdov, ABŞ-ın İndiana Bioelmlər Tədqiqat İnstitutunun professoru, MBBİ-də beynəlxalq laboratoriyanın müdiri professor Vidadi Yusibov, TƏBİB-in Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev, Akdeniz Universitetinin (Türkiyə) professoru, MBBİ-də beynəlxalq laboratoriyanın müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Pusan Milli Universitetinin (Cənubi Koreya) tədqiqatçı-professoru, MBBİ-də beynəlxalq laboratoriyanın müdiri professor İsmayıl Zülfüqarov və digər tanınmış alimlər daxil olmuşlar.

Konfrans 4-5 avqust tarixlərinə planlaşdırılmış, lakin burada müzakirə edilən problemlərin, edilən plenar və simpoziumal çıxışların, xarici ölkələri təmsil edən alimlərlə birgə aparılan elmi diskussiyaların böyük maraq doğurması nəticəsində onun işi daha bir gün uzadılmışdır.

Konfransın 4 avqustda keçirilən açılış iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, TƏBİB-in rəhbər şəxsləri, AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli, vitse-prezidentlər, akademiklər İradə Hüseynova, Rasim Əliquliyev, Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin direktorları, müvafiq problemlər üzrə ölkədə və xaricdə çalışan azərbaycanlı alimlər, ABŞ, Birləşmiş Krallıq, Fransa, Cənubi Koreya, Türkiyə və İrandan olan mütəxəssislər, eləcə də bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman general, zabit və əsgərlərimizin, eyni zamanda, COVID-19-la mücadilədə həyatını itirmiş fədakar həkimlərimizin əziz xatirəsini anmışdır. Natiq Azərbaycanın qüdrətli Silahlı Qüvvələrinin və "həkimlər ordusu”nun şücaətini yüksək qiymətləndirmiş, konfrans iştirakçılarının Ali Baş Komandana olan dəstəyini ifadə etmişdir.

Sonra akademik İradə Hüseynova təşkilat komitəsinin sədri, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin adından beynəlxalq tədbirin iştirakçılarını salamlamış, onun pandemiyaya qarşı mübarizədə görülən işlərlə bağlı fikirlərini və konfransın işinə arzularını çatdırmışdır: "Pandemiya elan olunduqdan sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan xüsusi tədbirlər planı hazırlamış, karantin rejimi tətbiq etmiş və müxtəlif qabaqlayıcı işlər görməklə virusun yayılmasının qarşısını almışdır.

Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ölkəmiz bir sıra dövlətlər üçün nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində insanların sağlamlığının təmin olunması, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz real nəticələrini vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında da pandemiyaya qarşı mübarizə üzrə müvafiq sərəncamlar verilmiş və onların icrası təmin edilmişdir. AMEA-da akademik Ramiz Mehdiyevin rəhbərliyi altında postpandemiya dövrü üçün elmi fəaliyyət proqramı hazırlanmışdır. Bu proqramda insan sağlamlığı ilə bağlı tədqiqatların genişləndirilməsi də öz əksini tapmışdır.

Azərbaycanda virusa qarşı mübarizədə Azərbaycan Milli Elmlər Akademiyası ilə digər təşkilatların qüvvələri birləşdirilməli, dövlətin biotəhlükəsizlik sisteminə real töhfələr verilməlidir. İnanıram ki, hazırkı konfrans qarşıya qoyulmuş məqsədlərə çatmaqda əhəmiyyətli rol oynayacaqdır. Bu işdə hamınıza uğurlar arzulayıram”.

Daha sonra söz Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanova verilmişdir. O, COVID-19 pandemiyası ilə bağlı aktual elmi-praktiki məsələlərin müzakirəsi məqsədilə təşkil olunan beynəlxalq konfransın əhəmiyyətindən danışmışdır. Natiq koronavirusa qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikası Milli Məclisində, Səhiyyə Komitəsində görülən işlər, qəbul edilən qanunlar haqqında məlumat vermiş, Milli Məclis və AR Səhiyyə Nazirliyi tərəfindən pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktların hazırlanmasını diqqətə çatdırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövründə Azərbaycanda virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin həyata keçirildiyini deyən Əhliman Əmiraslanov qeyd etmişdir ki, bu məqsədlə ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə COVID-19 xəstəliyi ilə mücadilə edən tibb işçilərinin sosial müdafiəsi gücləndirilmiş, onların əməkhaqlarına aylıq vəzifə maaşlarının 3-5 misli həcmində əlavələr müəyyən edilmişdir. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılmış, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsi təşkil edilmişdir.

Akademik Əhliman Əmiraslanov koronavirusa qarşı dərman preparatlarının və vaksinlərin əldə olunması üçün bütün təşkilatların və tədqiqatçıların birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən danışmışdır. "Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağa öyrənməliyik”, - deyən akademik, həmçinin qeyd etmişdir ki, tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyenik tələblərə əməl olunması ilə COVID-19-la daha asan mübarizə aparmaq mümkündür.

Sonra açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Rahim Əliyev çıxış edərək COVID-19 pandemiyasının doğurduğu tibbi və sosial-iqtisadi problemlərdən, bütün dünyada xəstəliyin törətdiyi itkilərdən danışmışdır. O diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz çıxışlarında dəfələrlə pandemiyanın müxtəlif sferalara təsiri məsələsinə toxunmuş, problemlərin həlli yollarını göstərmişlər. Natiq sonra demişdir: "Nəticə etibarı ilə son günlərdə yoluxmanın azalması hökumət tərəfindən həyata keçirilən strategiyanın düzgün seçildiyini göstərir. Epidemioloji tədqiqatlar da yoluxma sayının azalmasına təsir etmişdir”. Nazir müavini çıxışının sonunda bu kimi tədbirlərin keçirilməsinin önəmli olduğunu, alimləri bir araya gətirərək onlara öz tədqiqatlarını bölüşmək üçün geniş imkanlar yaratdığını nəzərə çatdıraraq konfransın işinə uğurlar arzulamışdır.

Toplantıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda yeni növ koronavirusla mübarizə tədbirləri və qarşıda görülməsi nəzərdə tutulan işlər haqqında geniş təqdimatla çıxış etmişdir. O, ölkəmizdə COVID-19 ilə mübarizəyə cəlb olunmuş həkimlər və tibbi personala onlayn rejimdə, eləcə də canlı ünsiyyət vasitəsilə təlimlərin keçirildiyini, ilk dəfə olaraq tam avtomatlaşdırılmış PZR laboratoriyalarının TƏBİB tərəfindən Azərbaycana gətirildiyini, hazırda ölkədə çoxsaylı yeni laboratoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Ramin Bayramlı çıxışında koronavirusla bağlı tədqiqatların aparılması, dərman və vaksinin hazırlanması istiqamətində sıx əməkdaşlığın, bu əməkdaşlıqda AMEA-nın əlaqələndirici rolunun son dərəcə vacib olduğunu xüsusi olaraq bildirmişdir.

Sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov çıxış edərək konfransın əhəmiyyətini vurğulamış və bildirmişdir ki, bütün dünyanın koronavirusla mübarizə içində olduğu bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda, genetik xüsusiyyətlərini nəzərə almaqla xəstəliyə qarşı mübarizə yollarının təklif edilməsi çox vacib məsələdir. Qlobal pandemiyanın ortaya çıxardığı mühüm məsələlərdən biri də insanların immun sisteminin gücləndirilməsidir. Qida Təhlükəsizliyi Agentliyi koronavirusun yayılmağa başladığı ilk gündən Operativ Qərargahla əməkdaşlıq edərək, xüsusilə ictimai iaşə, topdan və pərakəndə satış obyektlərində profilaktik tədbirlərə dair metodiki göstərişlər hazırlayaraq ictimaiyyətə təqdim etmişdir. Digər vacib istiqamətin laboratoriya müayinələrinin aparılması olduğunu deyən Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyinin tərkibində hazırda 9 stasionar laboratoriyanın fəaliyyət göstərdiyini bildirmişdir.

Sonra söz akademik Əli Abbasova verilmişdir. O qeyd etmişdir ki, Azərbaycan da daxil olmaqla az sayda ölkə yalnız düzgün qərarların qəbulu, müəyyən təşkilati və tibbi-bioloji müalicəvi tədbirlərin görülməsi ilə vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Alim YTP-də xüsusi karantin müddətində görülən işlər haqqında məlumat verərək elm və iqtisadiyyat arasında körpü rolunu oynayan bu təşkilatın əsas məqsədinin alınan elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılmasından ibarət olduğunu qeyd etmişdir. Akademik Əli Abbasov koronavirusun təhlükə mənbəyi olması ilə yanaşı, bir çox sahələrə, əsasən də yüksək texnologiyaların inkişafına müsbət stimullaşdırıcı təsir xüsusiyyətinin ortaya çıxdığına diqqət çəkmişdir: "Məlumdur ki, COVID-19-un bütün dünyada vüsət alması ilə bir sıra səhələrdə sürətli inkişaf müşahidə olunmağa başladı. Buraya tibbi-bioloji istiqamətlərdən başqa, informasiya texnologiyaları sahəsi də aiddir. Məsələn, pandemiya dövründə tibbi xidmətlərin rəqəmsal platformalar üzərində təqdim olunması ön plana çıxmışdır”.

Əli Abbasov artıq koronavirusla mübarizə üçün süni intellekt və müasir texnologiyaların tətbiqi ilə dünyada bir neçə elmi proqramın hazırlandığını demişdir. Alim Azərbaycanda TƏBİB-in yaratdığı "E-Təbib” proqramını yüksək qiymətləndirərək, mobil tətbiqin ölkəmizdə bu sahədə ilk təcrübə olduğunu vurğulamışdır.

Beynəlxalq konfransın açılış toplantısına AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın çıxışı ilə yekun vurulmuşdur. O çıxışında demişdir: "Bəşəriyyət öz tarixi boyunca dəfələrlə patogen mikroorqanizmlər səbəbindən yaranan və çoxsaylı qurbanlara səbəb olan bir sıra pandemiyalarla üzləşmişdir. Tarix ərzində dəfələrlə baş qaldırmış və qurbanlarının sayı birlikdə bir neçə yüz milyonlarla ölçülən donuz qripi, Yustinian vəbası və ya bubon taunu, QİÇS, İspan qripi, "qara ölüm”, çiçək, vəba, ebola, quş qripi, vərəm, malyariya, cüzam və s. kimi son dərəcə qorxulu yoluxucu xəstəliklər zəncirinə XXI əsrin əvvəllərində mənşəcə bir-birinə yaxın bir neçə təhlükəli virus - SARS CoV-1, MERS, yeni SARS-CoV-2 (COVID-19) pandemiyası da qoşulmuşdur. İlk yoluxması 2019-cu ilin axırlarında Çinin Uhan şəhərində qeydə alınan yeni COVID-19 pandemiyası həm dünyanın səhiyyə sistemini, həm iqtisadiyyatını və iş həyatını, həm də bütün müvafiq elm sahələrini, sözün əsil mənasında, çətin sınaq qarşısında qoymuşdur”.

Pandemiyaya qarşı uğurla mübarizə aparan ölkələr sırasında Azərbaycanın yer almasının səbəblərindən danışan natiq daha sonra demişdir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkədə 700-dən çox səhiyyə ocağı, müasir klinikalar inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Pandemiya dövründə bu işlər daha da intensivləşdirilmiş, ölkənin səhiyyə sistemi qısa müddət ərzində yenidən qurulmuşdur. Son aylarda istifadəyə verilmiş "Yeni klinika”, çoxsaylı modul tipli xəstəxanalar mövcud imkanları daha da genişləndirmişdir. Ümummdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurulmuşdur. Tibbi və diaqnostika avadanlıqları ilə təchiz olunmuş laboratoriyalar koronavirusla bağlı fəaliyyətlərə cəlb edilmiş, xaricdən testlər və süni tənəffüs aparatları alınaraq ölkəyə gətirilmişdir. Xaricdə təhsil almış və fəaliyyət göstərən xeyli azərbaycanlı həkim ölkəyə dəvət edilmiş və pandemiyaya qarşı mübarizəyə qoşulmuşdur. İqtisadiyyatın davamlılığının qorunması, özəl sektorun dəstəklənməsi, cəmiyyətin aztəminatlı və pandemiyadan ziyan çəkmiş sektoruna yardımların göstərilməsi üzrə atılan addımlar da təqdirəlayiqdir. İnanıram ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün taleyüklü mücadilələrdən, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədən qalib çıxacaqdır”.

Akademik İradə Hüseynova bu gün bütün dünyada koronavirusla mücadilə və xəstələrin müalicəsi ilə yanaşı, geniş diapazonda elmi tədqiqat işləri də aparıldığına diqqət çəkmişdir: "Hazırda minlərlə virus genomu ardıcıllığı oxunmuş, mutasiya etmiş ştammlar müəyyən edilmiş, virusun endositoz, çoxalma və ekzositoz mexanizmləri aydınlaşdırılmış, xəstəliyin müalicəsində bir sıra klassik preparatların effektivliyi yoxlanılmış, yeni preparat və vaksinlərin hazırlanması və sınağı davam edir. Xüsusi elmi-praktiki önəm kəsb edən tədqiqat istiqamətlərindən biri bu xəstəliyin yayılma tezliyinə və letallıq dərəcəsinə təsir edə biləcək 3 əsas amilin - insanın nisbi sağlamlıq durumunun, yeni koronavirusun genom və proteom variasiyalarının və ətraf mühitin ayrılıqda və əlaqəli təsirinin tədqiqidir. Tədqiqat baxımından bir maraqlı məqam da budur ki, dünya üzrə müxtəlif ölkə populyasiyalarında SARS-CoV-2-nin yayılma miqyasında və letallığında əhəmiyyətli dərəcədə fərqlər müşahidə olunur”.

Sonra konfransın məqsədlərini diqqətə çatdıran akademik İradə Hüseynova qeyd etmişdir ki, Azərbaycanda virusla və ona qarşı mübarizə ilə bağlı Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, TƏBİB-in, universitetlərin qüvvələri birləşdirilməli, birgə multidissiplinar tədqiqatlar aparılmalı və dərinləşdirilməlidir. Müvafiq elm sahələrinin təmçilçiləri dövlətin biotəhlükəsizlik sisteminə, gözlənilməz təbii və süni bəlalara hazırlığına real töhfələr vermək üçün lazım olan hər şeyi etməyə hazır olmalıdırlar.

Çıxışının sonunda akademik İradə Hüseynova konfransın qarşıya qoyulmuş məqsədlərə nail olacağına, konfransda aparılacaq diskussiyaların bir sıra problemlərə aydınlıq gətirəcəyinə və elmimizin müvafiq sahələrinin inkişafına lazımi təkan verəcəyinə əminliiyini ifadə etmişdir.

Sonra tədbir AMEA-nın müxbir üzvü Nuru Bayramov və professor İsmayıl Zülfüqarovun moderatorluğu ilə öz işinə davam etmişdir. Qeyd etmək lazımdır ki, konfransda məruzələr üç dildə (Azərbaycan, rus və ingilis dillərində) tədqim olunmuşdur. İlk plenar iclasda İndiana Bioelmlər Tədqiqat İnstitutunun professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq laboratoriyanın müdiri Vidadi Yusibov "COVID-19 üçün terapevtik anticisimlər” və TƏBİB-in Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev "COVID-19 üçün vaksin hazırlanmasında mövcud vəziyyət” mövzusunda məruzələrlə çıxış etmişlər.

Daha sonra bölmə iclasları ilə davam edən konfransda "SARS-CoV-2 və renin-angiotenzin-aldosteron sismeti arasında qarşılıqlı əlaqə”, "Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, "Koronavirusun genomlarının ümumi struktur təşkili”, "Uşaqlarda yeni koronavirus infeksiyası (COVID-19)” və digər mövzularda yerli və xarici alimlərin çıxışları dinlənilmiş, geniş müzakirələr aparılmışdır.

Konfransın sonrakı iclaslarına AMEA-nın muxbir üzvü Pənah Muradov və biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov moderatorluq etmişlər. İlk iclasda Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq laboratoriyanın müdiri AMEA-nın muxbir üzvü Tərlan Məmmədovun "Müxtəlif ölkələrdə aşkar olunmuş yeni SARS-COV-2 koronavirus ştamlarının struktur zülallarının sekvens analizi və aminturşu variasiyaları”, TƏBİB-in Elmi Komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin şöbə müdiri, tibb elmləri doktoru, professor Akif Qurbanovun "COVID-19 - yeni tipli koronavirus infeksiyasının diaqnostika, müalicə və spesifik profilaktika problemləri” mövzularında plenar məruzələri dinlənilmiş və geniş şəkildə müzakirə edilmişdir.

Konfransın 2-ci gününün (5 avqust 2020-ci il) səhər toplantısını akademik İradə Hüseynova açaraq ilk öncə tədbir iştirakçılarına AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin konfrans iştirakçılarına təbriklərini və arzularını çatdırmışdır. Daha sonra beynəlxalq konfrans öz işinə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova və biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın moderatorluğu ilə davam etmişdir.

Plenar iclasda Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın muxbir üzvü Nuru Bayramovun "COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr” və Marağa Tibb Elmləri Universitetinin (İran) professoru dr. Əziz Eftexarinin "Tibbi müəssisələrdə SARS-COV-2-ni sürətli və asan deteksiya etməklə COVID-19-un testləşdirilməsi” mövzusunda məruzələri dinlənilmişdir.

Konfransın bölmə iclası öz işini "Məsafədən spektrofotometrik müşahidələr əsasında Bakı şəhəri havasında mikroorqanizmlərin yayılması arealının operativ təyini”, "COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrinin imkanlarının öyrənilməsi”, "COVID-19 ilə bağlı miokarditlər”, "COVID-19 xəstəliyindən sonra yaranan psixoloji pozuntuların reabilitasiyası” və digər mövzularda məruzələrlə davam etdirmişdir.

Avqustun 5-də günortadan sonra biologiya elmləri doktoru Dilzarə Ağayevanın və biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasovun moderatorluğu ilə baş tutan plenar iclasda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın muxbir üzvü İlham Şahmuradovun "MBBİ SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi”, Pusan Milli Universitetinin (Cənubi Koreya) tədqiqatçı-professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq laboratoriyanın müdiri professor İsmayıl Zülfüqarovun "SARS-CoV-2-nin zülalları və infeksiyanın qarşısının alınması üçün mümkün dərman namizədləri”, Kembric Tibbi Tədqiqatlar Şurası Molekulyar Biologiya İnstitutunun (Birləşmiş Krallıq) qrup rəhbəri, MBBİ-də beynəlxalq laboratoriyanın müdiri professor Qərib Mürşüdovun "Viruslar və pandemiya: gələcək üçün zəruri olan təhsil və elmi istiqamətlər” mövzusunda etdikləri məruzələr böyük marağa səbəb olmuş, məruzəçilərə çoxsaylı suallar verilmiş, məruzələr ətrafında geniş müzakirələr aparılmış, müxtəlif təkliflər səsləndirilmişdir.

Konfransın 6 avqust 2020-ci ildə baş tutan iclasında ilk olaraq biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev "Azərbaycan əhalisində Y-xromosom DNT-nin polimorfizmi” mövzusunda aparılmış tədqiqat işinin nəticələrini məruzə etmişdir. Daha sonra konfrans iştirakçılarının "CovId-19 xəstəliyinin molekulyar diaqnostikasında keyfiyyətə nəzarət”, "Stasionar COVID-19 xəstələrində müalicə nəticələrimiz”, "Yarasalar bəzi zoonoz virusların potensial təbii rezervuarı kimi”, "Koronavirus infeksiyasının (COVID-19) perimenopauzal dövrdə olan qadınlara təsiri”, "SARS-CoV-2 virusuna qarşı təhlükəsiz və effektiv peyvəndin alınması ehtimalı varmı?” və s. mövzularda çıxışlar dinlənilmişdir.

Onlayn konfransın bağlanış mərasimində AMEA-nın müxbir üzvü Nuru Bayramov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, professor Qərib Mürşüdov, akademik Əli Abbasov, professor Vidadi Yusibov, professor İsmayıl Zülfüqarov, professor Ulduz Həşimova, AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Səyyarə İbadullayeva, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov və digərləri çıxış edərək konfransın işi haqqında müsbət mülahizələrini və təkliflərini səsləndirmişlər.

Beynəlxalq konfransa yekun vuran AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova demişdir: "Pandemiya bir daha göstərdi ki, ölkəmizdə həm fundamental, həm də tətbiqi elm sahələri daha intensiv şəkildə inkişaf etdirilməli, təbii və antropogen xarakterli təhlükə və risklərə qarşı elmi tədqiqatlar aparılmalıdır. Belə bir şəraitdə biologiya, xüsusilə də tibb elmlərinə diqqət yönəldilməli, biotibb sahəsi daha çox inkişaf etdirilməlidir. Bu gün yoluxucu xəstəliklərlə bağlı patalogiyaların populyasiya səviyyəsində, molekulyar-genetik tədqiqi böyük əhəmiyyət kəsb edir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədqiqatlar zamanı müasir texnologiyalardan istifadə zəruridir, dördüncü sənaye inqilabının tələblərinə müvafiq olaraq biologiya və tibb sahələrində maşınöyrənmə və süni intellekt texnologiyaları tətbiq olunmalı, nəticələrin proqnozlaşdırılmasına imkan verən dinamik sistemlər qurulmalıdır”.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

Bəxtiyar ƏZİZLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM