Alternative content

23:12 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyana olan ümidlər tükənib
Paşinyana olan ümidlər tükənib
ANA SƏHİFƏ / SİYASƏT
00:20 15.08.2020


Korrupsiya Ermənistanın tənəzzülünü sürətləndirir


Ermənistanda korrupsiya erməni xalqının həyatını məhv etməkdədir. İndi işğalçı ölkədə elə bir yüksəkçinli məmur yoxdur ki, şəxsi biznesi olmasın, yaxud da vəzifədə olarkən digər yollarla böyük sərvət toplamasın. Son illər ərzində milli sərvətlərin yarıdan çoxu mütəmadi və sistematik şəkildə oğurlanmaqdadır.

Qarşıdakı dövr ərzində isə Ermənistanda sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi gözlənir ki, bunun da fonunda cinayət hallarının miqyasının əhəmiyyətli dərəcədə genişlənməsi istisna olunmur. Ermənistanda, ilk növbədə, mülkiyyətlə bağlı cinayətlərin sayının daha da artacağı gözlənilir və belə cinayətlərə maddi vəziyyəti ağır olan xeyli sayda insanın cəlb olunma ehtimalının kifayət qədər böyük olacağı artıq erməni sosioloqları tərəfindən də istisna edilmir. Bütün bunların fonunda kriminallaşan erməni cəmiyyətinin məhvi prosesinin daha da tezləşməsi isə qaçılmazdır.

"4rd.am” saytı yazır ki, Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların işğalçı ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, bu ölkədə korrupsiya halları ötən iki ildə də azalmayıb, əksinə, artıb. Bu xoşagəlməz halla bağlı mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib.

Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər küllü miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı fakt var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər.

İtaliyanın "InTerris” analitik-xəbər portalı yazır ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən portal onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edir.

Vurğulanıb ki, hazırda bu ölkədə ən çox müzakirə olunan mövzulardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı cinayət işi ilə bağlıdır. Bildirilir ki, M.Minasyan N.Paşinyanı və həyat yoldaşı Anna Akopyanı 50 min ton metal qırıntısının Ermənistandan qeyri-qanuni ixracı və ticarətində, habelə beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarəti ilə məşğul olmaqda, Ermənistanın dövlət xəzinəsini talan etməkdə günahlandırır. Qeyd olunub ki, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti tərəfindən Krasnodarda saxlanılmış qara bazar üçün 40 ton siqaret daşıyan və göyərtəsində Ermənistan nümayəndələri olan təyyarənin hazırkı hökumətin qeyri-qanuni beynəlxalq qaçaqmalçılıqla bağlılığından xəbər verir. Voronej vilayətində də N.Paşinyanla əlaqələndirilən külli miqdarda qanunsuz siqaretin ələ keçirildiyi bildirilir.

Ermənistana beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ayrılan ianələr və humanitar yardımların bu ölkədəki ağır sosial problemləri və yoxsulluğu aradan qaldırılmayacağını qeyd edən portal təbii sərvətləri, dənizə çıxışı olmayan kiçik və yoxsul bir ölkənin sözügedən problemlərinin yeganə həlli yolunun qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasında olduğunu bildirib.

Beləliklə, mövcud vəziyyət nümayiş etdirir ki, ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan iqtidarı vəziyyətdən çıxış üçün daha çox xarici borclanmaya üstünlük verir. Bunun üçün beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından böyük miqdarda borclar alınır. Amma maraqlısı odur ki, həmin borcların faiz ödənişlərini vermək üçün digər təşkilatlardan kreditlər götürülür və bu minvalla alınan borcla başqa borcun faizləri ödənilir. Amma ilkin və sonrakı borcların əsas məbləğləri ilə bağlı heç bir ödəniş olmadığından borclar daha da artır, faizlər böyüyür. Bu hal ölkəni xaricdən daha çox asılı vəziyyətə salır. Eyni zamanda sosial-iqtisadi problemlərin miqyasını genişləndirir.

"İravnuk” qəzeti yazır ki, Ermənistan keçmiş sovet respublikaları arasında ən yoxsul dövlətdir. Xüsusi olaraq bildirilir ki, Ermənistanda korrupsiya gündən-günə artır, kasıbla varlı arasında ciddi fərq var: "Erməniləri ətrafda nəyin baş verdiyi maraqlandırmır. Onlar pandemiya şəraitində yalnız sağ qalmaq barədə düşünürlər. Yeni hökumət tərəfindən qəbul edilən təqaüd islahatları təqaüdçülərə kömək etməyib. Əksinə, işləyən insanların məvacibini pensiya sisteminə daha çox yönəltməklə onların gəlirlərini azaldıb. Tələbələr nüfuzlu universitetlərə yalnız rüşvət verərək girirlər. Onlar bu yolla dərslərdə də iştirak etməyə bilirlər. Pul səhiyyə sahəsində də "danışır”. Əgər sənin əməliyyata və ya ciddi müalicəyə ehtiyacın varsa, yenə rüşvət vermək üçün pulun olmalıdır. Əks halda, sən uzun müddət yaşaya bilməzsən”.

Belə vəziyyətdə Nikol Paşinyanın Ermənistanda hansısa inkişafdan danışmağı sadəcə, gülüş doğurur.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM