Alternative content

21:58 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK pandemiya dövründəki fəaliyyəti barədə hesabat verib
AHİK pandemiya dövründəki fəaliyyəti barədə hesabat verib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:16 15.08.2020


Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Koronavirus pandemiyası dövründə AHİK tərəfindən həyata keçirilən tədbirlər” mövzusunda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri qarşısında çıxış edən AHİK-in sədri bildirib: "Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə göstərdi ki, dövlətimiz bəşəriyyətin başı üstünü almış COVID-19-a qarşı mübarizədə elə ilk gündən düzgün qərarlar qəbul edib, daxili imkanlardan bacarıqla istifadə edərək vəziyyəti nəzarətdə saxlaya bilib. Nəticə göz qabağındadır. Dövlətimizin başçısı sözügedən müşavirədə dediyi kimi, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”.

Azərbaycan həmkarlar ittifaqları Prezident İlham Əliyevin ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması üçün qəbul etdiyi qərarları, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdığı bütün addımları yüksək qiymətləndirir”.

S.Möhbalıyev qeyd edib ki, dövlət başçısının insanların rifahı naminə göstərdiyi müstəsna fəaliyyəti, mərhəmət, nəciblik və şəfqət kimi ali insani keyfiyyətlərə malik Birinci vitse-prezident Mehriban Əliyevanın bu sınaq günlərində xalqa müraciəti mənəvi dəstəyin parlaq nümunələridir.

Təbii ki, pandemiya ilə mübarizədə Azərbaycan həmkarlar ittifaqları da yaxından iştirak ediblər. Koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları bütün imkanlarını səfərbər edərək müəyyən addımlar atıb.

AHİK sədri xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev pandemiya ilə əlaqədar işçilərin ixtisara salınmaması, onların əmək hüquqlarının qorunması barədə dəfələrlə tapşırıqlar verib, bu məsələlərə ciddi yanaşılmasını tələb edib. Sözsüz ki, dövlət başçısının tələbləri bizim məqsədlərimizlə uyğunlaşır və biz də onu hər zaman dəstəkləyirik.

S.Möhbalıyev diqqətə çatdırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatların, o cümlədən Pan-Avropa Regional Şurasına və Beynəlxalq Əmək Təşkilatına üzv ölkələrin həmkarlar ittifaqı təşkilatları üçün keçirdikləri vebinarlarda rəhbərlik səviyyəsində fəal iştirak edərək, respublikamızda koronavirusla mübarizə sahəsində atılan addımlar və Azərbaycan həmkarlar ittifaqlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara geniş məlumat verib. Hər iki beynəlxalq təşkilat respublikamızda sözügedən sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Pandemiya dövründə işçilərin əmək hüquqlarının qorunması və müdafiəsi həmkarlar ittifaqı tərəfindən diqqət mərkəzində saxlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yaradılmış qrupun işəgötürənlərə ünvanladığı bildiriş bütün üzv təşkilatlara göndərilib.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərib. Son vaxtlar yalnız AHİK tərəfindən 1200 nəfərdən çox həmkarlar ittifaqı üzvünə ümumilikdə 303 min manatdan çox maddi yardım göstərilib.

Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürüb. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi ilə aprelin 13-də müqavilə bağlanıb. Müqaviləyə əsasən, AHİK tərəfindən birliyin hesabına 105 min manat vəsait köçürülüb. İyulun 27-də "Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait köçürülüb. Eyni zamanda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat vəsait köçürülüb.

AHİK İcraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna əlavə olaraq daha 100 min manat, Naxçıvan Həmkarlar İttifaqları Şurasına 10 min manat maliyyə yardımı edilib. İclasda, həmçinin 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı övladının himayəyə götürülməsi və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınıb.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29,588 aztəminatlı ailəyə 1,305,748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylayıb. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1,959,881 manat məbləğində maddi yardım göstərib, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351,056 manatlıq qoruyucu vasitələr paylanıb. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302,979 manat maddi yardım göstərilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib, fonda həmkarlar ittifaqları tərəfindən 477,760 manat vəsait köçürülüb.

AHİK-in üzv təşkilatları öz sahələri üzrə aztəminatlı ailələrə 900,748 manatlıq maddi yardım və ərzaq yardımları göstəriblər.

Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4,204,445 manatdan çox vəsait xərclənib. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.

S.Möhbalıyev bir daha bildirib ki, həmkarlar ittifaqları öz işini bundan sonra da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və göstərişlər əsasında quracaq. İlk növbədə qurumun üzvləri tətbiq edilən karantin rejiminə ciddi əməl etməklə bu qaydalara əməl olunmasına nəzarəti də gücləndirməlidirlər. Həmkarlar ittifaqları işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasına, bu sahədə onların sosial problemlərinin həllinə, məşğulluq məsələlərinə diqqəti bir daha artırmalıdır.

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədəki yekun nitqində etdiyi "yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir” çağırışındakı hikmət həmkarlar ittifaqlarını dərindən düşündürməli və onun fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir.

Sonda AHİK sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM