Alternative content

22:12 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafada xüsusi karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət gücləndirilib
Ağstafada xüsusi karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət gücləndirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:16 15.08.2020


Ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması və sosial təcridin gücləndiriməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar- epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.

Xeyli vaxtdır koronavirusun yayılması sürətinin azaldılması məqsədilə xüsusi karantin rejimi tətbiq olunub. Belə ki, pandemiya dövrü üçün Operativ Qərargah tərəfindən müvafiq qaydalar müəyyənləşdirilmişdir ki, bunlar da avqustun 31-dək qüvvədə olacaq.

Pandemiyaya qarşı mübarizə aparılmasının üsulları əsasən özünü sosial təcridetmə, qoruyucu vasitələrdən istifadə edilməsi və gigiyena qaydalarına əməl olunmasıdır. İnfeksiyanın geniş yayılmasının məhdudlaşdırılması ilə bağlı zəruri şərtlərdən biri də əhali arasında maarifləndirici və izahedici tədbirlərin həyata keçirilməsidir. Bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın nəzdində mobil qruplar yaradılmış və bu qrupların tərkibinə ziyalılar, gənclər, könüllülər, hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilmişdir.

Ötən müddət ərzində rayonun bütün yaşayış məntəqələrində əhali qrupları ilə görüşlər keçirilmiş, maarifləndirmə işləri aparılmışdır. Bundan başqa rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bilavasitə rəhbər işçilərin qatıldığı qruplar tərəfindən əhalinin kütləvi toplaşması ehtimal olunan yerlərdə reydlər keçirilmiş, xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar, sahibkarlar cərimə olunmuş, bəzilərinə xəbərdarlıq edilmişdir. Bu tədbirlər ona hədəflənmişdir ki, insanlar qrup şəklində bir yerə toplaşmasınlar, tənəffüs yollarının infeksiyadan qorunması üçün tibbi maskadan istifadə etsinlər və sosial məsafəni saxlasınlar.

Respublika daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də əhali arasında aparılan maarifləndirmə işlərinin gücləndirilməsi və vətəndaşlara tibbi maskaların paylanmasıdır. Elə bu məqsədlə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib. İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş aksiya respublikamızın digər rayonları ilə yanaşı bu rayonda da uğurla həyata keçirilmişdir.

Maarifləndirici aksiya zamanı tibbi maskalar paylanarkən əhali arasında xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər də aparılmışdır. Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiyada KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla xüsusi karantin rejimi qaydalarına dair söhbətlər aparılmış və qısa vaxtda iki minə yaxın tibbi maska paylanmışdır.

Qeyd edək ki, hazırda rayonda koronavirusa qarşı mübarizə tədbirləri uğurla davam etdirlir. Rayon sakinlərinin bu dəhşətli virusa yoluxmasının minimuma endirilməsi istiqamətində qarşıya qoyulmuş tələblərə əməl edilməsinə ciddi nəzarət var.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM