Alternative content

23:53 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtda binaların dam örtüyü dəyişdirilir
Sumqayıtda binaların dam örtüyü dəyişdirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:15 15.08.2020


Ölkə Prezidenti Sumqayıta daim diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin regionların inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına qayğısı Sumqayıtın bütün həyatında canlanır.

Şəhərdə yeni infrastruktur layihələr bir-birini əvəzləməklə yüksəliş tempilə həyata keçirilir. Sumqayıtda beş ildə aparılan tikinti, abadlıq, quruculuq işləri sürətlə davam etdirilməkdədir.

Bunların içərisində binaların təmiri və dam örtüklərinin dəyişdirilməsi vacib sayılanlardandır. Sumqayıt arxitektura baxımından uğurlu şəhərlərdən biridir. Burada binalar arasında məsafələr, əlavə ərazilərin qorunub saxlanması (oyun meydançaları, insanların istirahəti üçün xüsusi yerlər və s.) qaydalarına riayət edilir.

Sumqayıtdakı yaşayış binalarının təmiri ilə yanaşı, onların dam örtüyü də dəyişdirilir. Son beş ildə 1200 binanın dam örtüyü dəyişdirilmiş, onlara gözəl görkəm verilmişdir. Hazırda daha 135 binanın dam örtüyü dəyişdirilməkdədir. Onların 102-sində işlər tatmamlanmaq üzrədir. Şəhərin 9 və 10-cu mikrorayonlarında, 2, 3, 4, 5, 7, 9, 17, 18, 19, 20, 21, 41 və 45-ci məhəllələrdə, Hacı Zeynalabdin qəsəbəsində dam örtüyünün dəyişdirilməsi uğurla aparılır. Adıçəkilən ərazilərdə binaların tüstü bacaları da yenidən hörülür. Qeyd edək ki, şəhərdəki mənzil fonduna aid edilən bir neçə koperativ binanın da təmiri və dam örtüyünün dəyişdirilməsi davam etməkdədir.

İşlərin səliqəli aparılmasına xüsusi diqqət yetirilir. Binada iş başa çatan kimi tullantılar oradan daşınır. Sakinlərin istirahəti üçün yaşayış massivlərində guşələr də təmir edilərək onların istifadəsinə verilir.

Görülən işlər kataloquna bir sıra binaların yenidənqurulması, forma baxımından yenilənməsi daxildir. Mikrorayon və qəsəbələrdə bir çox yaşayış binalarının fasadı dəyişdirilir, müasir texniki üsullardan istifadə edilir. Aqlayla üzlənən binalara müasir qaydada görkəm verilir. Təmir edilən binalarda memarlıq üslubu saxlanılır, aşınmaya səbəb olan elementlər aradan qaldırılır. Binaların dizayn və memarlıq elementləri qalmaqla yenilənir. Üzlənmə zamanı yüksək keyfiyyətli materiallardan istifadə edilir.

Qeyd edək ki, yaxın zamanda şəhərdəki bütün binaların dam örtüyünün dəyişdirilməsi başa çatdırılacaq. Belə gözəl şəhərdə yaşamaq onun sakinlərinin arzusudur. Hər bir sumqayıtlı belə qayğıya görə ölkəmizin başçısına minnətdardır.

Akif ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM