Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu açıq tenderə dəvət edir
LOT 1 - Dövlət Sosial Müdafiə Fondu üçün infoqrafika işlərinin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: LOT üzrə 50 (əlli) manat
Satınalan təşkilat: Dövlət Sosial Müdafiə Fondu
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
H/hesabı: AZ46CTRE00000000000007018504
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu: - 4
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri-notarial qaydada təsdiq olunmuş;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış -14.08.2020-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışları qəbul ediləcəkdir;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2019-cu il üzrə maliyyə hesabatının surəti tələb olunur;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - 14.08.2020-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir;
- iddiaçının ixtisaslı işçi heyəti barədə məlumatlar (CV-lər əlavə olunmaqla),
- bənzər işlərdə təcürbəsi barədə müqavilələr və görülmüş işlər barədə təsdiqedici sənədlər təqdim olunmalıdır;
- tender iştirakçısının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 04.09.2020-ci il saat 14:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 14.09.2020-ci il saat 14:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 15.09.2020-ci il saat 14:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
25 Aprel
Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək ...
25 Aprel
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
25 Aprel
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb
25 Aprel
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb
25 Aprel
Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!