14 Avqust 2020 18:30
472
SİYASƏT
A- A+

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəyliyindən yazır


İsrail mediası avqustun 9-da bu ölkədə yaşayan Azərbaycan mənşəli yüzlərlə yəhudinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi etiraz aksiyasını işıqlandırmaqda davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İsrailin ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramında yayımlanan süjetdə, "The Jewish Press” İnformasiya Agentliyinin "İsraildə yaşayan Azərbaycan mənşəli yüzlərlə yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” sərlövhəli xəbərində bildirilib ki, Azərbaycan mənşəli 600 nəfərə yaxın yəhudi şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə nümayişə toplaşıb. Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğal altında saxlamasına kəskin etirazlarını ifadə ediblər.

Ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, İsraildə Azərbaycan evinin rəhbəri Şirin Nexamiya Mixaeli və digərilərinin çıxış etdikləri tədbirdə İsrailin mültikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı vurğulanıb. Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğunu xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun işğaldan azad edilməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılması tələbi ilə çıxışlar ediblər.

Qeyd edək ki, ILTV beynəlxalq telekanalının "İsrail xəbərləri” proqramının 13:33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı danışılıb, eləcə də Tovuz rayonunun sakinlərinin fikirlərinə yer verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video