14 Avqust 2020 15:17
839
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıblar

 
Bakı Ali Neft Məktəbinin (BANM) üç məzunu Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) təqaüdünü qazanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, kimya mühəndisliyi ixtisasının məzunları Nərmin Baxışova Hamburq Universitetində, Əsəd Əsədli və Sahib Abdullayev isə Friedrix-Aleksander Erlanqen-Nürnberq Universitetində magistratura pilləsi üzrə təhsil alacaqlar. Təqaüd proqramı çərçivəsində onların yaşayış və təhsil xərcləri qarşılanacaq.

Ali məktəbin 2019-cu il məzunları Nərmin Baxışova hazırda İtaliyanın "Maire Tecnimont” şirkətlər qrupunun "TCM KT JV Azərbaycan” MMC-də layihə üzrə kiçik mühəndisi, Sahib Abdullayev isə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə proses mühəndisi işləyir.

Qeyd edək ki, Azərbaycandan təqaüd üçün seçilmiş 25 nəfərdən 3-ü məhz BANM-in məzunudur.

Xatırladaq ki, DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradan Akademik Mübadilə Xidmətidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video