14 Avqust 2020 01:30
3072
ELANLAR
A- A+

“Azərenerji” gənc kadrları önə çəkir


"Azərenerji” gənc kadrları önə çəkmək, peşəkarlara şərait yaratmaq, yeni kadrları işə cəlb etmək üçün pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlər həyata keçirir.

Belə ki, bu ilin aprel ayında yenidənqurmadan sonra istifadəyə verilən "Azərenerji”nin yeni kompleksindəki Tədris Mərkəzində insan resurslarının inkişafı və elektroenergetikanın bütün sahələrini əhatə edən davamlı onlayn kurslar təşkil olunur. Dərslər həm "Azərenerji”nin əməkdaşları, həm də ölkənin bu sahə üzrə ixtisaslaşmış qabaqcıl alimləri və mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Dərslər və məşğələlər Tədris Mərkəzindən idarəolunmaqla simulyasiya proqramları vasitəsilə yerlərdəki elektrik stansiyaları, yarımstansiyalar və şəbəkələrdə də təşkil olunur. Elektrik stansiyaları və şəbəkələrin mühəndis, maşinist, eləcə də əməliyyat heyətinə aid olan əməkdaşlar simulyasiya proqramlarında enerji blokun isti və soyuq rejimdən işə qoşulması, generatorların sinxronlaşdırılmasından tutmuş operativ əməliyyatlar və əks qəza məşqlərinə qədər bütün prosesləri öyrənirlər.

Tədris otaqlarında müdavimlərin müstəqil işləmələri üçün trenajorların elektrik stansiyaları, yarımstansiyalar və şəbəkələrə aid avadanlıqlarla təchiz olunması onlayn dərslərin keçirilməsinə münbit şərait yaradıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video