13 Avqust 2020 20:00
774
DÜNYA
A- A+

Çində daşqın: 200-dən çox ölü və itkin düşmüş

Çində güclü yağışların törətdiyi daşqınlar nəticəsində 200-dən artıq insan həlak olub və itkin düşüb. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

ÇXR Fövqəladə Hallar İdarəsindən jurnalistlərə verilən məlumata görə, ümumilikdə ölkə üzrə 219 nəfər həlak olub və itkin düşüb. 54 min ev dağılıb.

Daşqından dəyən zərər təxminən 25 milyard dollar qiymətləndirilir.

Ölkədə daşqınların yaratdığı 25,7 milyard dollar (178,9 milyard yuan) iqtisadi itkilər bu təbii fəlakətdən son 5 ildə yaranmış orta zərərdən 15,9 faiz çoxdur.

İyun ayından etibarən davam edən daşqınlar nəticəsində Çinin 24 vilayətində 2 milyon adam öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video