13 Avqust 2020 19:59
989
DÜNYA
A- A+

Şri-Lankanın Prezidenti yeni hökumətin andını qəbul etdi

Şri-Lanka prezidenti Qotabaya Racapaksa ötən həftə keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan ölkənin yeni hökumətinin nazirlərinin andını qəbul edib. Bubarədə TASS agentliyi xəbər verir.

Hindistanın "Pioneer" qəzeti yazır ki, yeni nazirlər kabinetində əsas vəzifələri özü və Prezidentinin yaxın qohumları tutublar. Şri-Lankanın Baş naziri yenidən əvvəlki hökumətə rəhbərlik edən , dövlət başçısının qardaşı Mahinda Racapaksa olub. O, həmçinin ölkənin maliyyə idarəsi də daxil olmaqla, daha üç nazirliyə rəhbərlik edəcək.

Qotabaya Racapaksa əvvəlki kimi müdafiə naziri vəzifəsini də icra edəcək.

Baş nazirin oğlu Namal Racapaksa Gənclər və idman naziri vəzifəsinə yiyələnib.

Şri-Lanka prezidentinin böyük qardaşı Camal Racapaksa Daxili Təhlükəsizlik Nazirliyinə rəhbərlik edəcək.

Xarici işlər naziri postunda Dineş Qunavardena qalıb.

Avqustun 5-də Şri-Lankada keçirilən parlament seçkilərində Mahinda Racapaksın "Şri-Lankanın Xalq Cəbhəsi" Partiyası inamlı qələbə qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video