13 Avqust 2020 19:58
650
DÜNYA
A- A+

Litva belaruslara sığınacaq verməyə hazırdır

Litva belaruslara humanitar əsaslarla sığınacaq verməyə hazırdır. Bu barədə dünən Litvanın xarici işiər naziri Linas Linkyaviçus bildirib.
"Litva davam edən qəddar davranışdan əziyyət çəkən belarusları humanitar əsaslarla qəbul etməyə hazırdır və bunu nəzərdən keçirir", - deyə naziri Tvitterdə yazıb.
Üç gün əvvəl Litvaya Belarus prezidentliyinə müxalif namizəd Svetlana Tixanovskaya gəlmişdir. Linkyaviçus onun Belarus hakimiyyəti tərəfindən göstərilən təzyiq nəticəsində Litvaya gəldiyini, bu ölkənin vəzifəli şəxslərinin isə "getməyə mane olmadıqlarını, hətta kömək etdiklərini" söyləyib.
Nazirin sözlərinə görə, Litva hakimiyyəti Tixanovskayanı yaşayış yeri və mühafizə ilə təmin edib. Linkyaviçus həmçinin bildirib ki, Tixanovskaya ilə birlikdə Litvaya onun qərargahının rəhbəri Mariya Moroz da gəlmişdir.
Belarus MSK - nın məlumatına görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80,08% , onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,9% səs toplayıblar.
Ölkədə 4 gündür davam edən etiraz aksiyaları zamanı bir nəfər həlak olub, hüquq-mühafizə orqanları əməkdaşları da daxil olmaqla, 200-dən artıq insan yaralanıb. Belarus DİN 6 minə yaxın etirazçının saxlanıldığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video