13 Avqust 2020 19:55
562
CƏMİYYƏT
A- A+

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək


Prezident İlham Əliyevin təsdiq etdiyi "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə Fondun bu ilki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq 20 minə çatdırılması nəzərdə tutulur.

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 milyon manat artırılaraq 10 milyon manata çatdırılmasını nəzərdə tutur. İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.

Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə əvvəlki illə müqayisədə 42,45 faiz çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə təsərrüfatlarını yaradıblar.

2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün cari ildə Fonddan bu istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 milyon manat artırılaraq 78 milyon 735 min 400 manata çatdırılıb.

Məşğulluqda önəmli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq Fonddan ayırmaların 1 milyon manat artırılaraq 3 milyon manata çatdırılmasını nəzərdə tutur.

Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 milyon manat artırılaraq 7 milyon manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili işlərinə başlanması da planlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video