13 Avqust 2020 17:44
673
DÜNYA
A- A+

Avstraliya qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətllə bağlı məqalə yayıb


Avstraliyanın nüfuzlu "The Sydney Morning Herald” qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətlin istintaqı ilə bağlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, "Hesablanmış terror aktı: Polis dalğıclar 40 il əvvəl törədilən qətlin sirrinin açarını tapıblar” sərlövhəli məqalədə 1980-ci il dekabrın 17-də Sidneyin şərqində Türkiyənin baş konsulu Sarik Arayaka və mühafizəçisi Engin Severe qarşı törədilən terror aktının istintaqı barədə ətraflı məlumat əksini tapıb.

Yazıda bildirilir ki, hazırda polis Sidney limanının dibindən çıxarılan və 1980-ci ildə törədilmiş terror aktı ilə bağlı çoxsaylı əşyaların məhkəmə-tibbi ekspertizasını aparır.

Məqalədə bu terror aktı barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, həmin vaxt "Erməni soyqırımına ədalət komandosları” bu qətli öz üzərinə götürüb. Buna baxmayaraq, hadisə ilə əlaqədar heç kim həbs edilməyib.

Yazıda həmin terror aktının Avstraliyada törədilən ilk beynəlxalq səviyyəli siyasi motivli hücum olduğu qeyd edilir. Polisin bu qətli "planlaşdırılmış, qəsdən və xüsusi qəddarlıqla” törədilən terror aktı kimi xarakterizə etdiyi xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, Sidney polisi ictimaiyyətin müraciətini nəzərə alaraq həmin istintaqı 40 il sonra bərpa etmək qərarına gəlib. Yeni Cənubi Uels ştatının müştərək terrorla mübarizə komandanlığının rəhbəri, komissar Mark Uolton bildirib ki, limanın dibindən çıxarılan bütün əşyalar ciddi şəkildə məhkəmə-tibb ekspertizasından keçiriləcək.

Bildirilir ki, bununla yanaşı, Yeni Cənubi Uels ştatının müştərək terrorla mübarizə komandanlığı ölkə ictimaiyyətinə müraciət edərək istintaqın gedişinə yardım göstərməyi xahiş edib. Bundan əlavə, istintaq qrupu Avstraliya tarixinin ən qəddar terror aktına görə veriləcək informasiya ilə əlaqədar ayrılan mükafatın məbləğini də 1 milyon dollara qaldırıb.

Qeyd edək ki, "Erməni soyqırımına ədalət komandosları” türklərə qarşı kampaniya aparan terror təşkilat kimi tanınıb və onun törətdiyi ilk terror aktı 1976-cı ildə Parisdə qeydə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video