13 Avqust 2020 17:31
3875
Təhsil
A- A+

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş şagirdlərin valideynlərinin nəzərinə


Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı avqustun 27-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək "Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılır.

İmtahanda iştirak etmək istəyən şagirdlər 24 avqust saat 23:59-dək Mərkəzin saytında qeydiyyatlarını təsdiqləyib "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilələr.

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək.

Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqəsini və " İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaq. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video