Alternative content

18:20 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Energetika naziri iranlı həmkarı ilə enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
Energetika naziri iranlı həmkarı ilə enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:44 13.08.2020

Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə elektroenergetika sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov elektroenergetika sahəsində hazırda İranla birgə həyata keçirilən layihələr üzrə görülən işlər və növbəti icra prosesləri ilə bağlı mövqeyini diqqətə çatdırıb, "Azərenerji” ASC ilə İranın "Tavanir” şirkəti arasında imzalanmış "Elektrik enerjisinin alğı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirib.

Görüşdə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də "Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb.

İranla sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib.

Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv şəkildə davam etdirilməsi məqsədəuyğun hesab edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM