13 Avqust 2020 14:43
634
SİYASƏT
A- A+

Los-Anceles polisi Azərbaycanın baş konsulluğu qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verib


Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayan bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icması nümayəndələrinə hücum edib və həmvətənlərimizə xəsarət yetiriblər.

AZƏRTAC xəbər verir ki, hadisədən sonra Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır. Los-Anceles polisi nifrət zəminində cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Polis görüntüsü yayılan şəxsin yaşının 25-35 arasında, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narıncı və ya çəhrayı rəngli bir köynək geyindiyi, həmçinin sol biləyinə qolbaq taxdığı qeyd olunub.

Digər iki şübhəli şəxsin isə qara köynək və mavi cins şalvar geyindikləri bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib.

Los-Anceles polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün köməklik göstərməyi xahiş edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video