Alternative content

18:14 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ÜST-nin ekspertləri COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarından danışıblar
ÜST-nin ekspertləri COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarından danışıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:40 13.08.2020

BMT-nin saytında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupunun Azərbaycana səfərlərinin yekunlarına dair material dərc olunub.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını qeyd edib. Təşkilat, həmçinin yoluxmuş şəxsləri tez bir zamanda müəyyənləşdirmək, onların əlaqələrini izləmək məqsədilə görülən tədbirlərin gücləndirilməsini tövsiyə edib. Materialda, pandemiya dövründə ÜST-nin Azərbaycana ikinci missiya göndərdiyi bildirilib. Vurğulanıb ki, ekspertlər ölkədə epidemiyaya qarşı mübarizədə əldə olunan uğurları yekdilliklə qeyd ediblər. On günlük səfər müddətində ekspertlər əmin oldular ki, əvvəlki missiyanın tövsiyələrinin əksəriyyəti tamamilə və ya qismən yerinə yetirilib. Hakimiyyət kadr resurslarına investisiyaları artırıb, səhiyyə sahəsində rəqəmsal alətlərdən səmərəli istifadə edilməsinə və COVID-19 xəstələrinə göstərilən yardımın keyfiyyətinin yaxşılaşdırılmasına nail olub.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib: "COVID-19 epidemiyası ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət elan ediləndən altı ay sonra bu missiya Azərbaycanın epidemioloji, kliniki və informasiya nöqteyi-nəzərdən gördüyü tədbirləri təhlil etmək və bu dəyərli informasiyaya əsaslanaraq yaxın aylarda bizim hansı addımları ata biləcəyimiz barədə təsəvvür yaratmaq imkanını verdi”.

Onun ÜST-dən olan həmkarı David Novillo Ortiz xatırladıb ki, koronavirus üzərində qələbədən hələ çox uzaqdayıq, ona görə də bu gün əsas məsələ ayıq olmaqdır: "Pandemiya inkişaf etdikcə, biz yeni çağırışlarla üzləşirik. Epidemioloji nəzarət, testləşdirmə və məlumatların hərtərəfli təhlili strategiyasının gücləndirilməsi faktlara əsaslanan qərarların qəbuluna kömək edəcək …”.

Azərbaycana səfərləri zamanı ÜST ekspertləri Bakı şəhərində yerləşən ilkin tibbi-sanitariya mərkəzi və xəstəxanalara baş çəkiblər, eləcə də Şamaxı rayonu və Gəncədə olublar.

ÜST Azərbaycana ilk günlərdən pandemiya ilə mübarizədə köməyə gəlib. COVID-19 ilə mübarizə məsələləri üzrə iki ölkə missiyası çərçivəsində texniki dəstək göstərməklə yanaşı, ÜST, həmçinin REACT-C19 layihəsinə start verib. Bu layihə rəqəmsal texnologiyalar və yenilikçi qərarlardan istifadə etməklə tibb işçiləri arasında təcrübə və bilik mübadiləsi sahəsində yardımın göstərilməsinə yönəlib.

Təşkilatın Azərbaycandakı nümayəndəliyi, həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Sağlamlıq naminə həmrəylik” təşəbbüsünün tətbiqi üzərində işləyir. Həmin təşəbbüs çərçivəsində pandemiya ilə mübarizənin ön cəbhəsində çalışan tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin təchizatı həyata keçirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM