13 Avqust 2020 14:39
627
DÜNYA
A- A+

“Facebook” kompaniyası 500 milyard dollar cərimələnə bilər


"Facebook” kompaniyası "Instagram” sosial şəbəkəsi vasitəsilə 100 milyondan çox istifadəçinin biometrik məlumatlarını toplamaqda ittiham olunur.

AZƏRTAC "Business Insider” nəşrinə istinadla xəbər verir ki, ittihamçıların iddiasına görə, "Instagram” sosial şəbəkəsi insan üzünü tanıya bilən alətdən istifadə edir və "üzün şablonunu” çıxararaq öz məlumat bazasında toplayır.

Güman edilir ki, sosial şəbəkə avtomatik olaraq fotoşəkillərdəki insan üzlərinin surətini çıxarır. Onların arasında hətta "Instagram”dan istifadə etməyən şəxslər də ola bilər.

"Facebook” kompaniyası "Instagram” istifadəçilərinin biometrik məlumatlarını toplayaraq onları öz məhsullarının, o cümlədən "Facebook” əlavəsinin üz tanıma imkanlarını yaxşılaşdırmaq üçün istifadə edir və bu məlumatları müxtəlif servislərdə paylaşır. Kompaniya bunu üçün İllinoys qanunlarının tələb etdiyi lazımi xəbərdarlıq və məlumatlandırmadan istifadə etmir”, - deyə iddia ərizəsində bildirilir.

İllinoys ştatının qanunvericiliyinə görə, "Facebook” hər qayda pozuntusuna görə 1-5 min dollar ödəməyə məcbur edilə bilər. Bu da ümumilikdə 500 milyard dollara yaxın vəsait deməkdir.

Kompaniyanın nümayəndəsi Stefani Otuey isə öz növbəsində iddiada təqdim olunan ittihamları rədd edir.

"İddia əsassızdır. "Instagram” üz tanıma texnologiyasından istifadə etmir”, - deyə o, vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video