Alternative content

05:31 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ilin yeddi ayında ölkədə elektrik enerjisi istehsalı artıb
Bu ilin yeddi ayında ölkədə elektrik enerjisi istehsalı artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:46 13.08.2020

Energetika Nazirliyi bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 milyon kilovat/saat, ixracı 110,7 milyon kilovat/saat, idxalı 15,9 milyon kilovat/saat olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 milyon kilovat/saat, ixrac 9 milyon kilovat/saat artıb, idxal isə 2,6 milyon kilovat/saat artıb.

Cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 milyon kilovat/saat artaraq 15346,9 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 milyon kilovat/saat artaraq 14358,9 milyon kilovat/saat, SES-lərdə 277,4 milyon kilovat/saat azalaraq 774,5 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,1 milyon kilovat/saat azalaraq 213,5 milyon kilovat/saat olub. Külək Elektrik Stansiyalarında 63,03 milyon kilovat/saat, Günəş Elektrik Stansiyalarında 28 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 13726,7 milyon kilovat/saat (İES-lərdə 13086,6 milyon kilovat/saat, SES-lərdə 640,1 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 milyon kilovat/saat (İES-lərdə 98,6 milyon kilovat/saat, SES-lərdə 120,9 milyon kilovat/saat, Günəş ES-də 24,1 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 milyon kilovat/saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 milyon kilovat/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 milyon kilovat/saat, idxalı isə 87,4 milyon kilovat/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 milyon kilovat/saat azalıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM