13 Avqust 2020 12:59
547
CƏMİYYƏT
A- A+

DSMF-nin Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilib


Dövlətin sosial sahədə reallaşdırdığı ardıcıl və uğurlu islahatlar fonunda vətəndaşların hüquqlarını pozan, xidməti səlahiyyətlərindən şəxsi mənafeləri üçün istifadə edən, habelə bu hərəkətləri ilə dövlət orqanlarının fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının qətiyyətli tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb.

Aparılmış istintaqla Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən olunub.

Əldə edilmiş sübutlar əsasında Qaraş Şahmuradov mayın 23-də Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Məharət Əhmədov isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan və hər iki şəxs barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Nigar Həsənova Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video