Alternative content

23:16 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kaliforniya qəzetində dərc olunan məqalədə ermənilərin Los-Ancelesdə törətdikləri vəhşiliklərdən bəhs edilir
Kaliforniya qəzetində dərc olunan məqalədə ermənilərin Los-Ancelesdə törətdikləri vəhşiliklərdən bəhs edilir
ANA SƏHİFƏ / SİYASƏT
12:58 13.08.2020

Kaliforniya ştatının Monterey şəhərində dərc olunan "Monterey Herald” mətbu orqanında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun "Qonaq şərhi: Nifrət zəminində cinayətlərə yer yoxdur” adlı məqaləsi dərc edilib. Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri qardaşlaşmış şəhərlərdir.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ilin 21 iyul tarixində Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulluğunun qarşısında keçirilən etiraz aksiyası zamanı azərbaycanlılara qarşı etnik zorakılığın törədilməsinin Kaliforniya ştatının müsbət imicinə xələl gətirməsindən bəhs olunur.

Kaliforniya ştatının asayişinə kölgə salan bu hadisə zamanı 3 minə yaxın erməninin azsaylı azərbaycanlı qrupuna qarşı hücuma keçməsi, nəticədə yaralananların və xəstəxanaya yerləşdirilənlərin olması qeyd edilir. Yaralananlar arasında Los-Anceles polis nümayəndəsinin də olması bildirilir. Hazırda Los-Anceles polisinin hadisəylə bağlı nifrət zəminində cinayət araşdırmasına başlaması, Ermənistandakı və Azərbaycandakı ABŞ səfirliklərinin, Amerika Yəhudi Komitəsi də daxil olmaqla, bir sıra aparıcı yəhudi təşkilatlarının bu zorakılığı pisləyən bəyanatlar verməsi qeyd olunur.

Səfir bu etiraz aksiyalarına Ermənistanın iyul ayında Azərbaycanla sərhəddə hücuma keçməsinin səbəb olduğunu bildirib, təxribat nəticəsində Azərbaycan hərbçilərinin və bir dinc sakinin həyatını itirməsindən, Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan enerji infrastruktur layihələrinə təhlükə yaranmasından bəhs edir. O bildirir ki, son qarşıdurma 30 ilə yaxındır ki, həllini tapmayan Ermənistan-Azərbaycan münaqişəsinin geniş Avrasiya regionunda sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu bir daha xatırlatdı. Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə həyata keçirilən vasitəçilik səylərinə baxmayaraq, Azərbaycanın 20 faiz ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq, hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Bir müddət Los-Ancelesdə Azərbaycanın ilk baş konsulu kimi xidmət göstərdiyini qeyd edən E.Süleymanov bu zorakılıq hadisəsini izləməyin xüsusilə ağrılı olduğunu və Kaliforniyanın müxtəliflik və qonaqpərvər ruhuna zidd olduğunu bildirir. O, bu ştatda yerləşən Monterey şəhərinin qardaşlaşmış Lənkəran şəhəri ilə sıx əməkdaşlığının olduğunu qeyd edir və Kaliforniyada çoxsaylı dostların hər zaman açıq düşüncəli olduğunu diqqətə çatdırır. Məhz bu səbəbdən etnik zorakılıq aksiyalarının baş verməsi və Los-Anceles polis departamentinin azərbaycanlı etirazçıları müdafiə edə bilməməsi gözlənilməz olmuşdur. Erməni amerikalıların bu nifrət zəminində cinayətlərə qarşı olduğuna ümid edən səfir onları da yəhudi amerikalı qruplara qoşularaq, azərbaycanlılara qarşı zorakılıq və təhdidləri pisləməyə çağırıb.

Kaliforniyada baş verən cinayətin Ermənistan və xaricdə yaşayan erməni icmasının uzunmüddətli ekstremist ideoloji təsirləri, siyasi zorakılıq və nasistlərlə əməkdaşlıq fonunda baş verdiyini qeyd edən səfir hələ 1980-ci illərdə türk diplomatlarının Los-Ancelesdə erməni terrorçuları tərəfindən qətlə yetirilməsini və Avropadakı bir sıra Azərbaycan səfirliklərinin hücuma məruz qalmasını xatırladır. Qonşularla mütəmadi münaqişələr və Azərbaycan torpaqlarını işğal altında saxlamaq bu ölkənin öz gələcəyini təhlükə altına qoyduğu kimi, erməni radikal siyasi qrupların fəaliyyəti də erməni əsilli amerikalılara ziyan vurur, Ermənistana isə nə sülh, nə də rifah vəd edir.

E.Süleymanov son aylarda ABŞ-da irqi ayrı-seçkilik və bərabərliklə bağlı mövzuların ABŞ cəmiyyətinin diqqət mərkəzində olmasını, gərgin müzakirə və fikir ayrılığına səbəb olduğunu qeyd edərək antisemitizm, islamafobiya və bütün bu kimi yanaşmaların insanlar üçün mənfi nəticələrə gətirib çıxardığını qeyd edir. Aydındır ki, nifrət zəminində olan cinayətlər yalnız konkret qurbanlara deyil, bütün cəmiyyətə təsir göstərir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM