Alternative content

07:53 28 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birləşmiş Ərəb Əmirlikləri ilə əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması müzakirə olunub
Birləşmiş Ərəb Əmirlikləri ilə əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:41 13.08.2020

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafı əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanlar yaradır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi ilə videoformatda görüşü zamanı bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumat görə, nazir ölkəmizin tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib, ölkədə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu diqqətə çatdırıb. Nazir respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları, pandemiya dövründə ölkədə reallaşdırılan iqtisadi və sosial dəstək tədbirlərini, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində son illərdə aparılan islahatları qeyd edib. Dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərindən təkmilləşdirilməsi və vətəndaş məmnunluğu prinsipinə uyğun qurulması istiqamətində əldə olunan müsbət nəticələr barədə məlumat verib. BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri Hessa Buhumaidin ötən ilin iyun ayında ölkəmizə səfəri çərçivəsində onunla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair faydalı müzakirələrin aparıldığını deyib.

S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayıb. O, bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin BƏƏ tərəfindən dəstəklənməsindən, hələ 2018-ci il iyunun 18-dən BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həmin ölkənin vətəndaşlarının Dağlıq Qarabağa siyasi səbəblərə görə səfər etməsinin qadağan edilməsindən məmnunluq ifadə edib. M.Alqubaisinin bu məsələlərdə və ümumən iki ölkə arasında əlaqələrin inkişafında göstərdiyi səylərdən razılığını bildirib.

M.Alqubaisi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Ölkəsinin Azərbaycana dost münasibəti göstərdiyini və bu əsasda BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan səfir iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün də səylərini göstərəcəyini deyib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin əhəmiyyətindən bəhs olunub. Əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması, bu sahədə səylərin gücləndirilməsi və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM