Alternative content

23:31 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan pandemiya ilə mübarizədə də öz gücünə arxalanır
Azərbaycan pandemiya ilə mübarizədə də öz gücünə arxalanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:34 13.08.2020


Prezident İlham Əliyev: "Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”


Hələ neçə ay əvvəl, COVID-19 Azərbaycana çatar-çatmaz Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkədə pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş tədbirlər planı hazırlandı və təsdiq olundu.

Həmin vaxtdan bu tədbirlər ardıcıllıqla icra edilir. Azərbaycan xalqının dünyanı bürümüş bu bəladan minimum itkilərlə çıxması üçün genişmiqyaslı, çoxşaxəli işlər görülür, bir sözlə, bütün qüvvələr səfərbərliyə alınıb.

Bu il avqustun 6-da Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə indiyədək nəzərdə tutulan işlərin real həyatda öz əksini necə tapdığı barədə ətraflı bəhs olunmuşdur.

Tədbirlər planının ən əhatəli bölmələrindən biri məşğulluğa və sosial rifaha dəstəkdir. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapmışdır. Ölkə əhalisinin yarısı - 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunmuşdur. Əsas məsələlərdən biri əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və təmin edilməsi idi. Odur ki, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdirildi. Onların iş yerləri və əməkhaqları qorundu.

Daha bir istiqamət işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Sözügedən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu istiqamətdə də bir sıra tədbirlərin həyata keçirildiyi barədə məlumat verdi. Belə ki, aprel, may və iyun aylarında onların hər birinə 190 manat ödəniş icra olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq, avqust ayında da 13 şəhər və rayon üzrə bu ödənişlər həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənib.

İşsiz və qeyri-formal çalışan insanlar üçün yaradılan haqqıödənilən ictimai işlər proqramı bu dövrdə xüsusi əhəmiyyət kəsb etdi. Həmin iş yerlərinin sayı 90 minə qədər artırılıb. Onlardan 38 mini davamlı iş yerləridir.

Özünüməşğulluq proqramı genişləndirilib. Bu proqrama artıq Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, yerli banklar da qoşulub. Bir sıra dövlət qurumları - İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlayıblar.

Həmçinin işsizlikdən sığorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi üçün təkliflər hazırlanıb və Prezident tərəfindən büdcə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən sığorta ödənişinin həcmi 20 min insana artıq bu il ərzində çatdırılsın.

Pensiya, müavinət, təqaüdlər üzrə iki milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artıb və vətəndaşlara vaxtında, bir çox hallarda vaxtından əvvəl ödənilib. Xatırladaq ki, hazırda Azərbaycan minimum pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, orta pensiya üzrə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerdə qərarlaşıb.

Sosial proqramların diqqətçəkən cəhəti odur ki, köməyə, dəstəyə, yardıma ehtiyacı olan heç kəs onlardan kənarda qalmayıb. Ünvanlı sosial yardım proqramı artırılıb, bu programa əlavə 14 min ailə cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial tərəfdaşların köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim edib. Beləliklə, əsasən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə, çoxuşaqlı ailələrə, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərilib.

Yaşı 65-dən çox olan 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürülüb. Mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşağa sosial xidmət müəssisələrində gecəli-gündüzlü xidmət göstərilir.

Bütün bunlar görülmüş işlərin yalnız bir hissəsini təşkil edir. Belə ki, hazırda ölkədə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Əlbəttə, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması gəlirlərə mənfi təsir göstərib. Bununla belə, nəzərdə tutulmuş layihələrdən heç biri yarımçıq qalmayıb, yaxud ixtisar edilməyib.

Dövlət başçısının sözügedən müşavirədə də, ondan əvvəlki tədbirlərdə də bildirdiyi kimi, cari ildə rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütövlükdə ən azı 9 minə yaxın ailəyə dövlət bu il mənzil verəcək.

Prezident İlham Əliyev bütün bu işlərin insanların rifahı üçün görüldüyünü və onların uğurla həyata keçirilməsinin dövlətlə xalqın birgə səyinin nəticəsi olduğunu vurğulamışdır: "Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik”.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM