Alternative content

22:17 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması qlobal çağırışlara verilən strateji cavabdır
Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması qlobal çağırışlara verilən strateji cavabdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:33 13.08.2020


Koronavirus pandemiyası qlobal iqtisadiyyata ağır zərbə vurur. Dünyanın bir çox dövlətləri vəziyyəti nizamlamaq üçün yardım umur, əlavə investisiya mənbələri axtarırlar. Azərbaycan isə belə mürəkkəb iqtisadi vəziyyətdə beynəlxalq qurumlara müraciət etmədən daxili imkanlarına güvənir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında imzaladığı fərman ölkədə həyata keçirilən davamlı struktur islahatlarının səmərəliliyinin artırılmasına, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafına yeni imkanlar yaradır.

Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin (DM) xüsusi çəkisi böyükdür və onların məşğulluqda payı təqribən 25 faizdir. 15 ən iri DM-in aktivlərinin həcmi ölkənin ümumi daxili məhsul istehsalı ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət səhmdar olaraq DM-lərin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlılığını təmin edərək onların səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə yüksəlişinə zəmin yaratmışdır. Bu baxımdan Dövlət İnvestisiya Holdinqinin yaradılması DM-lərin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin artmasını stimullaşdıracaq. Yeni yaradılan qurum qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını asanlaşdıracaq, aparıcı özəl müəssisələrin səmərəlilik, şəffaflıq və hesabatlılıq əsasında fəaliyyətlərini təmin etməyə imkan verəcəkdir.

İqtisadçı ekspertlər belə hesab edirlər ki, bu qurumun fəaliyyətə başlaması ilə DM-in səmərəliliyi artacaq, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətliliyi güclənəcəkdir. Yerli DM-lər xarici bazarlara çıxdıqca və ya xaricdə fəaliyyətlərini genişləndirdikcə onların rəqabətqabiliyyətlilik önəmi daha da artacaq.

Dövlət İnvestisiya Holdinqi DM-lərin korporativ idarəetmə orqanlarında iştirak etməkdə məqsədi onların ölkənin iqtisadi qüdrətinin daha da artmasına töhfə verməsinə zəmin yaratmaqdır. Bu müəssisələrin əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına yönəldiləcək. Nəticədə dövlət şirkətlərinin fəaliyyət göstərdiyi sahələrə özəl investisiyaların cəlbi, dövlət-özəl tərəfdaşlığının stimullaşması, DM-lər və özəl sektor arasında rəqabətin ədalətli və bərabər şərtlərlə aparılması qanunvericilik çərçivəsində nizamlanacaq.

Mütəxəssislər Azərbaycanda İnvestisiya Holdinqinin yaradılmasını strateji qərar kimi dəyərləndirir və belə hesab edirlər ki, bununla milli iqtisadiyyatımızın neftdən asılılığını minimum həddə endirmək mümkündür. COVID-19 pandemiyasının yaratdığı qlobal çətinliklər iqtisadiyyatların dirçəldilməsi üçün hər bir dövləti fərqli və daha çevik qərarlar qəbul etməyə vadar edir. Belə bir vəziyyətdə ölkə iqtisadiyyatının qorunması və inkişafı məqsədilə yeni və effektiv metodların, iqtisadi alətlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Hazırda bütün dünyada investorların həddən ziyadə ehtiyatlı olması, planetar miqyasda sərmayə qıtlığının yarana bilməsi ehtimalı milli resursların, xüsusilə dövlət şirkətlərinin mövcud potensialının milli iqtisadiyyatın inkişafına istiqamətləndirilməsi zamanın tələbidir.

Yeri gəlmişkən onu da deyək ki, dövlət investisiya holdinqi bir idarəetmə institutu kimi dünyada çoxdan tətbiq olunur. Bu idarəetmə sistemi Sinqapur, Malayziya, Qazaxıstan və digər ölkələrdə özünü doğrultmuşdur. Bu baxımdan Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması aktual bir yanaşma kimi qiymətləndirilməlidir. Çünki hazırkı şəraitdə ölkəmizin iqtisadiyyatının dayanıqlılığının qorunması, pandemiya böhranının təsirinin azaldılması üçün ən mühüm şərtlərdən biri məhz investisiyaların dinamikasında müsbət tendensiyaya nail olmaqdır.

Professor Elşad Məmmədov qeyd edir ki, hazırkı mürəkkəb şəraitdə respublikamızda ilin əvvəlindən başlayaraq investisiya yatırımlarında müəyyən azalma müşahidə olunur. O, Prezidentin belə bir fərman imzalamasını və son müşavirədə dövlət şirkətlərinin idarə edilməsindəki problemləri qabartmasını belə dəyərləndirir: "Bu istiqamətdə dönüş nöqtəsi kimi məhz investisiyaların artımı və kapital qoyuluşlarının effektivliyinin təmin olunması əsas götürülməlidir. Düşünürəm ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində ekspert və alimlərin iştirakının təmin edilməsi holdinqin menecmentinin idarə edilməsinin xeyli dərəcədə effektivliyini artıra bilər. Bununla da Azərbaycanda dövlət və özəl kapital qoyuluşları istiqamətində ciddi şəkildə artıma nail ola bilərik”.

Beləliklə deyə bilərik ki, milli iqtisadiyyatımızın artan xətt üzrə inkişafını təmin etmək üçün zəruri olan növbəti addım atılmış və dövlət başçısı tərəfindən təhlükələri sığortalamaq, iqtisadi imkanları vacib sahələrə fokuslandırmaq üçün düzgün qərar qəbul edilmişdir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM