Alternative content

03:38 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Restoran və kafelər müştərilərə yeni qaydalarla xidmət göstərəcək
Restoran və kafelər müştərilərə yeni qaydalarla xidmət göstərəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:16 13.08.2020


İctimai iaşə müəssisələrinin fəaliyyəti pandemiya şərtlərinə uyğunlaşdırılıb


Təəssüfləndirici reallıqdır ki, hazırda dünyada yeni tip koronavirusun qarşısını almaq və dayandırmaq müşkülə çevrilib. Göstərilən bütün səylərə baxmayaraq COVID-19 kiçik bir yumşalmadan böyük alovlanma ocağına çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, yaxın gələcəkdə mütəmadi olaraq yeni növ koronavirusa yoluxma hallarında artım müşahidə olunacaqdır.

Bununla bağlı xəbərdarlıq edən ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə qeyd edib ki, yoluxma hallarının artımına ikinci dalğa, ikinci pik nöqtə, yenidən alovlanma və sair kimi adlar vermək olar. Virus üzərində təzyiqi azaldan kimi o, yenidən sürətlə yayılmağa başlayır.

M. Rayan bildirib ki, insanlar virusa qarşı mübarizədə başqa açıqlamalar gözləsələr də, hazırda reallıq belədir və virusu dayandırmaq olduqca müşkülə çevrilib. ÜST ekspertinin fikrincə, indiki mərhələdə qarşıda duran vəzifə testlər, yoluxanların sosial çevrəsinin müəyyən edilməsi və lokal tədbirlər sayəsində yoluxmanın artmasını önləməkdən ibarət olmalıdır. Bununla da cari ilin yazında olan ümumölkə karantinlərinin tətbiqinin qarşısını almaq olar. Eyni zamanda diqqətə çatdırılıb ki, insanların kütləvi toplandığı yerlər virusun yayılması üçün münbit şərait yaradır və bu kimi toplantılardan çəkinmək lazımdır.


Rəqəmlərin aşağı düşməsi epidemiyanın sönməsi demək deyil


Azərbaycanda da pandemiyanın təsirlərini minimuma endirmək və yoluxmanın qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilir. Ölkədəki sanitar-epidemioloji vəziyyət araşdırılaraq uyğun addımlar atılır. Karantin rejimindən mərhələli şəkildə çıxmaq üçün mümkün həll yolları üzərində işlənilir. Görülən effektiv tədbirlər sayəsində hazırda vətənimizdə koronavirusa yoluxma hallarında müsbət dinamika müşahidə olunur.

Amma mütəxəssislər xəbərdarlıq edir ki, rəqəmlərin aşağı düşməsi pandemiyanın yox olması mənasına gəlmir. Bu ərəfədə diqqətli olmaq lazımdır ki, virusun yayılması daha da azalsın və əldə olunan müsbət tendensiya davamlı olsun.

Ölkənin baş infeksionisti Cəlal İsayev bildirir ki, koronavirusa yoluxma sayının 100-dən aşağı düşməsi əhalidə arxayınlıq yaratmamalıdır: "Rəqəmlərin 70-80 olması epidemiyanın sönməsi demək deyil. Rəqəmlər 30-35 olanda, biz bunu epidemiya hesab edirdik. Əgər tövsiyələrə əməl olunmasa, rəqəmlər yenidən yüksələ bilər”.


Masalararası məsafə 2, oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır


Hazırda atılan bütün addımlar, fəaliyyət istiqamətləri pandemiyanın şərtlərinə uyğunlaşdırılmalıdır. Artıq avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Ayın 10-dan etibarən isə mollar və iri ticarət obyektləri istisna olmaqla, qeyri ərzaq mallarının satışı ilə məşğul olan mağazalar fəaliyyətə başlayıb. Amma adıçəkilən yumşaldılmalar bir sıra vacib pandemiya qaydalarına əməl olunmasını tələb edir. Bununla əlaqədar müvafiq qurumlar tərəfindən qaydalar hazırlanaraq təqdim olunub. O cümlədən, ictimai iaşə müəssisələrinin də pandemiya dövründə necə fəaliyyət göstərəcəkləri ilə bağlı qaydalar açıqlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Eyni zamanda həmin müəssisələrdə bu qaydalara əməl olunması üçün ictimai nəzarət təmin edilməlidir.

İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalı, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarda, habelə onların açıq hava sahələrində masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.


Bu məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalıdır


Qaydalara əsasən, bu məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda, habelə onların açıq hava sahələrində sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanılmalıdır.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət yetirilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.


Tətbiq olunan qaydalara riayət etmək mütləqdir


Bəli, ölkəmizdə tədricən normal həyata dönüş başlayır. Ardıcıllıqla sərt karantin rejimindən yumşaldılmalara keçilir. Təbii ki, yeni norma və şərtlərlə. Vətəndaşlarımız da tətbiq olunan qaydalara riayət edərək, pandemiyadan əvvəlki həyat şəraitimizə qayıtmanı daha da sürətləndirə bilərlər. Hər şey bizdən asılıdır və birlikdə əl-ələ verib bütün dünyanın mübarizə apardığı bu gözəgörünməz bəlaya qarşı savaşa qalxıb onu məğlub edə bilərik.

Qaydalara əməl edək, bacardıqca insan təmasından uzaq duraq, ehtiyac olmadığı halda küçəyə çıxmayaq, maskanın sağlamlığımızın təhlükəsizliyi üçün müstəsna rol oynadığını unutmayaq və gigiyena şərtlərini yerinə yetirək. Ən əsası, ictimai nəzarətçiyə çevrilərək, qoyulan qaydaların pozulmasına rast gəldiyimiz halda iradımızı bildirək, lazım olarsa, aidiyyəti qurumları məlumatlandıraq. Danılmaz həqiqətdir ki, vətəndaş məsuliyyəti bizi bütün təhlükələrdən, eləcə də sözügedən "taclı” bəladan qorumağa qadirdir...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM