Alternative content

03:15 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtda çimərliklər qaydalara uyğun fəaliyyət göstərir
Sumqayıtda çimərliklər qaydalara uyğun fəaliyyət göstərir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:13 13.08.2020


Çimərliklər sərt karantin rejimindən sonra yenidən fəaliyyətə başlayıb. Xəzərin sahilində yerləşən Sumqayıtın, demək olar ki, böyük hissəsi dənizlə əhatələnib. Burada onlarca istirahət mərkəzi, Sumqayıt bulvarı, əhalinin normal şəkildə çimərlikdən istifadə edilməsi üçün hər bir şərait var.

Hazırda çimərliklər də karantin qaydalarına uyğunlaşdırılıb. Çimərlik doludursa, əlavə bir nəfər şəxs belə qəbul edilmir.

Çimərliklər açıldığı andan etibarən sumqayıtlılar dənizə üz tuturlar. Çimərliyə keçərkən mütləq şəkildə vətəndaşların temperaturu yoxlanılır, spirtlənir və əgər həmin çimərlik üçün limiti keçilməyibsə, o zaman onlar əraziyə daxil ola bilirlər.

Bu gün Sumqayıt çimərliklərində böyük canlanma var. Burada hər əraziyə çimərlik üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, "ASAN könüllüləri”, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Həmin şəxslər isə vətəndaşlara çimərlikləri tam təhlükəsiz etmək üçün təhkim olunublar.

Çimərliklərdə də 5 nəfərdən artıq toplaşmaq qadağandır. Vətəndaşlar səhər saat 8:00-dan axşam saat 21:00-dək çimərliklərdən istifadə edə bilirlər. Həyata keçirilən bu qaydalar isə vətəndaşları narahat etmir. Onlar çox gözəl bilirlər ki, bütün atılan addımlar onların sağlamlıqları üçündür.

Akif ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM