Alternative content

03:05 21 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan Ermənistanı cinayətkar ölkəyə çevirib
Paşinyan Ermənistanı cinayətkar ölkəyə çevirib
ANA SƏHİFƏ / SİYASƏT
02:12 13.08.2020


Pandemiya fonunda sosial-iqtisadi durum kriminogen vəziyyəti xeyli ağırlaşdırır


Ermənistanda Paşinyan iqtidarına qarşı yaranan sosial narazılıq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bunu şərtləndirən əsas səbəblərdən biri sosial-iqtisadi problemlərin miqyasının durmadan genişlənməsi, həmçinin etiraz mövqeyi nümayiş etdirənlərə qarşı hakimiyyətin yenə də repressiv metodlardan faydalanmasıdır. Artıq işğalçı ölkədə belə fikir tərəfdarlarının sayı durmadan artır ki, Nikol Paşinyan iqtidarı dəyişməyənə kimi Ermənistanın üzləşdiyi problemlərdən xilası mümkün olmayacaq.

Yaranmış vəziyyətin sürətlə onun əleyhinə işləməsinin fərqində olan mövcud hakimiyyət isə insanların fikirlərini daxili və xarici siyasətdə baş verən hadisələrə yönəltmək istiqamətində fəaliyyətini genişləndirib. Belə ki, yenidən keçmiş hərbi xuntanı müdafiə edənlərin Ermənistanı parçalamağa cəhd göstərməkdə, ölkəni siyasi problemlər məngənəsinə yuvarlamaqda ittiham etməyə başlayıb. Bu məqsədlə hakimiyyət nəzarətdə saxladığı media orqanlarından geniş şəkildə istifadə edir.

"4rd.am” saytı yazır ki, hakimiyyətin istənilən cəhdinə baxmayaraq, onun iflası qaçılmazdır. Paşinyan hökuməti pandemiya fonunda bütün istiqamətlərdə uğursuzluğa düçar olub: "İqtidar bir məsələdə möhtəşəm uğurlara imza atıb. Bu da öz xalqının, dövlətin əmlakının talan edilməsidir. Hakim rejim ciddi təlaş içindədir və bunun əsas səbəblərindən biri hakimiyyətin ölkədə yaranan ağır sosial-iqtisadi vəziyyəti düzəltmək üçün, sözün əsl mənasında, tam aciz olmasıdır. Məhz sözügedən səbəbdən ölkədə sosial gərginlik durmadan artır və bunun əvvəl-axır sosial partlayış həddinə gəlib çıxacağı şübhə doğurmur”.

Əhalinin maddi rifah halının daha sürətlə pisləşməyə başlaması, koronavirus səbəbindən yaranmış ağır vəziyyətdən xilas üçün hökumətin konkret nəticələr verə biləcək planlarının olmaması, korrupsiya və rüşvətxorluğun miqyasının əhəmiyyətli dərəcədə artması və bu qəbildən olan digər məsələlər əhalinin Paşinyan iqtidarından yaranan narazılığını həqiqətən də təhlükəli həddə çatdırır. Bu vəziyyət isə qeyd edildiyi kimi, Ermənistanda hər an sosial partlayışların olacağını şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Elə müxtəlif təşkilatlar tərəfindən aparılan sosioloji sorğuların nəticələri göstərir ki, əhalinin böyük əksəriyyəti mövcud hakimiyyətin dəyişməsinin tərəfdarıdır. Çünki hakimiyyət tərəfindən həyata keçirilən siyasət Ermənistan əhalisinin böyük əksəriyyətinin faktiki olaraq aclıqla üzləşməsinə gətirib çıxarıb.

Ermənistanda sosial xarakterli etiraz aksiyalarının keçirilmədiyi gün yoxdur. Bu haqda məlumat verən "Lragir” yazır ki, Ermənistanın Amulsar bölgəsində eyni gündə bir neçə yerdə aksiya keçirilib. Bildirilir ki, əgər Paşinyan Amulsar dağ mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq. Çünki ötən müddət ərzində Paşinyan bu istiqamətdə hansısa addım atmayıb: "Sosial xarakterli etiraz aksiyalarının keçirilmədiyi bir gün belə, yoxdur. Elə olur ki, bir gün ərzində bir neçə aksiya keçirilir. Əgər aksiyalar keçirilməsə, mətbuat bu haqda yazmır, hökumət, ümumiyyətlə, heç bir problemlə maraqlanmır. İnsanlar sosial problemlərinin həll olunmamasına görə aksiya keçirirlər. Halbuki bu məsələlər hökumətin diqqət ayırmalı olduğu əsas məsələlərdir. Sosial məsələ həmişə dövlətin diqqət mərkəzində olmalıdır. Əgər hansısa şəxsə və ya şirkətə elektrik stansiyası inşa etməklə bağlı icazə verilirsə, bundan əvvəl həmin ərazidə yaşayan əhaliyə heç bir ziyan dəyməməsi üçün müəyyən işlər görülməlidir”.

Vurğulanır ki, bu tipli məsələlər hökumətin gündəlik iş qrafikinə daxil olmalıdır. Belə problemlər ancaq aksiya keçirildiyi zaman gündəmə gəlir. Hökumət bu problemləri həll edəndə isə daha çox işin reklam tərəfinə diqqət ayırır. Əslində problem aksiya keçirilənə qədər həll edilməlidir. Faktiki olaraq Ermənistanda dövlət sistemi iflic vəziyyətindədir. Ermənistanda gündəlik keyfiyyətli xidmət göstərən dövlət orqanı yoxdur.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, mövcud situasiya Ermənistanda sosial-iqtisadi zəmində olan cinayət hallarının artımı ilə müşayiət olunur. Buna qarşı görülən preventiv tədbirlər isə demək olar ki, nəticə vermir. Vurğulanır ki, aclıq və səfalətlə üzləşən insanların maddi ehtiyacları qarşılamaq üçün oğurluğa, başqasının əmlakını mənimsəməyə cəhd göstərməsi başa düşüləndir və bu halların sayının artmasının əsas günahkarı ölkəni problemlər məngənəsində boğan indiki iqtidardır. Araşdırmalar göstərir ki, son dövrlərdə paytaxt Yerevanla yanaşı, Ermənistanın digər şəhər və rayonlarında da cinayət hadisələrinin sayında əhəmiyyətli dərəcədə artım baş verib ki, bu da sözügedən ölkənin ümumilikdə cinayətkarlar məskəninə çevrilməkdə olduğunu göstərir.

Bölgələrdə də cinayətkarlıq səviyyəsi əsas etibarı ilə mülkiyyət oğurluğu, özgənin əmlakını qanunsuz yolla mənimsəmə və bu qəbildən olan qanunazidd əməllər hesabına çoxalmaqdadır. Məhz bu da iqtisadi problemlərin Ermənistan üçün daha bir fəsad yaratdığını, yəni ölkənin kriminogen durumunu xeyli ağırlaşdırdığını göstərir.

Təbii ki, bütün bunların fonunda Ermənistanda korrupsiyanın və rüşvətxorluğun miqyasının daha da artması əhalinin hakimiyyətdən narazılığını bir qədər də gücləndirir. Hadisələrin bu səpkidə inkişafı isə müxalif qüvvələrin fəallığının artmasına və hakimiyyət əleyhinə apardığı təbliğatın miqyasının əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM