Alternative content

08:50 20 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:37 20.09.2020 Sənətə sevginin gücü
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Prezidenti Anadolu agentliyinin rəhbər heyətini 100 illik yubiley münasibətilə qəbul edib
Türkiyə Prezidenti Anadolu agentliyinin rəhbər heyətini 100 illik yubiley münasibətilə qəbul edib
ANA SƏHİFƏ / SİYASƏT
22:14 12.08.2020

Türkiyənin ən qocaman xəbər mənbəyi olan Anadolu agentliyi yüz yaşını qeyd edir. Adını Türkiyənin yerləşdiyi coğrafi məkandan götürən agentlik dünya xəbər məkanında aparıcı qüvvələrdən biridir.

AZƏRTAC xəbər verir ki, agentliyin rəhbər heyəti yubiley münasibətilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Anadolu agentliyinin kollektivi adından Türkiyə xalqının böyük oğlunun məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yubiley münasibətilə agentliyin rəhbər heyətini qəbul edib.

Türkiyənin xilaskarı Mustafa Kamal Paşanın başladığı milli azadlıq mübarizəsinin məram və məqsədlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə yaradılan Anadolu agentliyi ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda dünya xəbər agentlikləri sırasında öz yerini şərəflə qoruyan agentlik qərəzsiz və ədalətli xəbərlərini operativ qaydada yaymaqla qazandığı şöhrətini əzmlə qoruyur. Türkiyədə 86, ölkə xaricində 41 büroya sahib olan Anadolu agentliyi xəbərlərini 13 dildə yayır.

Bütün sahələr üzrə xəbərləri operativ yaymağı qarşısına başlıca məqsəd kimi qoyan Anadolu agentliyi Türkiyənin ictimai-siyasi həyatında avanqard qüvvə, çevik fəaliyyəti ilə seçilən qurumdur. Agentlik nadir nəşrləri ilə son illər Türkiyənin dövlətçilik tarixinə böyük töhfələr verib. Bundan başqa, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, ən yeni xəbərləri agentlik vasitəsilə izləmək mümkündür. Anadolu agentliyinin fəaliyyətindəki müsbət dəyişikliklərdən biri də qurumun rəsmi saytındakı canlı yayım proqramlarıdır. İnfoqrafikaların dərin məzmunu, fotosessiyalar, bir saniyəlik videomateriallar və sair böyük zəhmətlə ərsəyə gələn xəbər məhsulları kimi geniş oxucu auditoriyası qazanıb.

Türk dünyasının problemlərinə və aktual mövzulara daha iti baxış bucağından yanaşan Anadolu agentliyi Azərbaycan həqiqətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin problemi prizmasından yanaşır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri, təcavüzkar tərəfin təxribatçı addımları və fəaliyyəti bütün hallarda agentlik tərəfindən diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Türkiyənin Anadolu və Azərbaycanın AZƏRTAC milli xəbər agentlikləri birbaşa müqavilə əsasında informasiya mübadiləsi aparır, regional və beynəlxalq media qurumlarında sıx əməkdaşlıq edirlər. Hər iki agentliyin əməkdaşlıq əlaqələri gündən-günə geniş vüsət alır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM