Alternative content

17:55 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib
Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib
ANA SƏHİFƏ / SİYASƏT
16:04 12.08.2020

İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyasının (AES) regiona yaratdığı böyük təhlükə yenidən gündəmə gəlib.

AZƏTAC xəbər verir ki, avqustun 12-də Türkiyə vaxtı ilə saat 2.29-da İğdırda baş verən Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ qardaş Türkiyədə böyük təşviş yaradıb. Əhalini təşvişə salan bu yeraltı təkan haqlı olaraq belə bir sual yaradıb: "Bölgədə daha güclü zəlzələ baş versə "Metsamor” AES” region ölkələrinə nə vəd edir?” Nüfuzlu "Yeşil İğdır” qəzetinin baş redaktoru, tanınmış türkiyəli publisisti Cabbar Şıktaşın açıqlaması "Zəlzələdən yox, "Metsamor”dan qorxun!” sərlövhəsi ilə yayılıb. Baş redaktorun məsələ ilə bağlı fikir və mülahizələri həyəcan təbilidir. Müəllif yazır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin olmaması bu problemin unudulmasına səbəb olmamalıdır. Burada böyük bir məsuliyyət var. Beynəlxalq hüquq və dünyada ekoloji təhlükəsizliyin qorunması şərtləri "Metsamor”un fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, avqustun 12-də İğdırda baş vermiş zəlzələ ətraf bölgələrdə də hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi faktı təsdiqləyib. Bildirilir ki, ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub. Bu zəlzələ "Metsamor”un yerləşdiyi ərazidə daha çox hiss olunub.

Təəssüf ki, Ermənistan hökuməti regiondakı qonşuları ilə daha şəffaf olmaq üçün siyasi niyyət və iradəsini nümayiş etdirmək, həmçinin AES-in təhlükəsizliyinə dair narahatlıqlarla bağlı daha açıq mövqe tutmaq əvəzinə bu məsələ ilə bağlı olduqca məsuliyyətsiz bir davranış sərgiləyir. Belə təəssürat yaranır ki, "Metsamor” Ermənistan hakimiyyətinin əlində şantaj vasitəsidir.

Azərbaycan tərəfi dəfələrlə "Metsamor” AES-in qlobal təhlükə mənbəyi olması barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında (AEBA), eləcə də bəşəriyyətin nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq konfranslarda və zirvə toplantılarında məsələ qaldırıb. Mütəxəssislər hesab edirlər ki, "Metsamor” məhz istismar müddəti bitdiyi və eləcə də olduqca köhnə avadanlıqlarla fəaliyyət göstərdiyi üçün atmosferi normadan dəfələrlə artıq çirkləndirir. Qonşu ölkələr radiasiyadan böyük zərər çəkir. Bundan başqa, Ermənistan tərəfi "Metsamor”un nüvə tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır.

Türkiyə Böyük Millət Məclisinin deputatları ötən il "Metsamor” AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Bu problemin həlli məqsədilə konkret addımların atılması tələb olunub. Deputatlar "Metsamor” AES Çernobıl qədər təhlükəli olması qeyd ediblər.

Qeyd edək ki, "Metsamor” AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Son aylar Anadolunın mərkəzi seysmoloji xəttində gərginliyin artması "Metsamor”u real fəlakət mənbəyinə çevirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM