Alternative content

18:51 29 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub YENİLƏNİB
ANA SƏHİFƏ / Tədbirlər
15:19 12.08.2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verdi.

Nazir bildirdi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. "TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər "London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, "Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda paytaxtda ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London "TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər "Android” sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Yeni taksilərin Bakıya gətirilməsi paytaxtda sərnişindaşımanın bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə etdi.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM