11 Avqust 2020 22:54
724
DÜNYA
A- A+

Tramp Ağ Evin yaxınlığında atışmaya görə mətbuat konfransını tərk edib

Dünən ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında atışma səbəbindən mətbuat konfransını tərk edib.

Məxfi xidmətin əməkdaşları səbəbləri izah etmədən Amerika liderini zaldan çıxarıblar. Jurnalistlərə yerlərini tərk etməyə icazə verilməyib. Daha sonra Tramp geri dönüb və Ağ Evin yanında küçədə atışma baş verdiyinə görə konfransdan ayrıldığını bildirib.

"Vəziyyət nəzarət altındadır. Məxfi xidmət əməkdaşları şübhəli şəxsə atəş açıblar. Onu xəstəxanaya çatdırıblar", - deyə Ağ Evin rəhbəri"səmərəli işə görə" mühafizəyə minnətdarlıq edib.

Amerikalı lider xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti barədə dəqiq məlumata malik olmadığını bildirib.

"Dünya bir çox yüzilliklər ərzində təhlükəli yer olub və güman edirəm ki, bu, bir müddət də davam edəcək", - deyə amerikalı lider qeyd edib.

Son məlumata görə, Vaşinqtonda Ağ Evin yaxınlığinda atışma nəticəsində Məxfi xidmətin zabiti və şübhəli şəxs xəstəxanaya yerləşdiriliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video