11 Avqust 2020 22:53
738
DÜNYA
A- A+

Çinliləri qidaya qənaət etməyə çağırdılar


ÇXR Sədri Si Cinpin ölkə sakinlərini yeməkdə israfçılığa son qoymağa çağırıb. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Çin lideri bildirib ki,"ərzağa münasibətdə israfçılıq halları dəhşətə gətirir və məyus edir". Onun sözlərinə görə, taxıl istehsalı ildən-ilə artsa da, ərzaq təhlükəsizliyi sahəsində risklər həmişə dərk edilməlidir və bu il pandemiyanın təsiri Çin üçün həyəcan siqnalı oldu.

"Qanunvericiliyi möhkəmləndirmək, nəzarəti gücləndirmək, səmərəli tədbirlər görmək, uzunmüddətli mexanizm yaratmaq və ərzaq tullantılarının qarşısını qətiyyətlə almaq lazımdır. Təbliğatı və maarifləndirməni addım-addım gücləndirmək, yeməkdə mülayimlik və qənaət vərdişini effektiv şəkildə aşılamaq, cəmiyyətdə ərzağın israf edilməsinə görə utanc və qənaət üçün qürur hissi yaratmaq lazımdır", - deyə Si Cinpin bildirib.

Agentlik Çin liderinin hər zaman ərzaq təhlükəsizliyinə yüksək diqqət yetirdiyini, israfçılığa qarşı və qənaətcillik uğrunda mübarizə təşəbbüsü ilə çıxış etdiyini qeyd edir. O, qida israfını dayandırmaq və qida tullantılarını azaltmaq üçün dəfələrlə israr edib.

Qeyd olunur ki, Si Szinpin hələ 2013-cü ildən mütəmadi olaraq ciddi qənaət və israfçılığa qarşı mübarizə çağırışları ilə bağlı vacib təlimatlar verir, o cümlədən uşaqların qidada qənaətcilliyin göstərilməsinin zəruriliyi ilə bağlı kifayət qədər məlumatlı olmaları ilə bağlı problemlərin həllinə xüsusi diqqət yetirilib. Lakin, müxtəlif səviyyələrdə görülən tədbirlərə baxmayaraq, bir çox yerlərdə yeməkdə həddindən artıq israfçılıq fenomeni hələ də mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video