11 Avqust 2020 20:06
614
SİYASƏT
A- A+

Azərbaycan səfirinin müsahibəsi Niderland saytında dərc edilib

 
Niderlandın "Live i Live BV” və "Proost” şirkətləri tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "Səfirliklər festivalı” çərçivəsində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundovun www.embassyfestival.com saytında ingilis dilində müsahibəsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibədə F.Axundov Azərbaycanın tarixi, mədəniyyəti, qədim abidələri, musiqisi, milli adət-ənənələri və mətbəxi haqqında geniş məlumat verib. Səfir xalqımızın tolerantlığından söhbət açaraq, Azərbaycanın dünyada multikulturalizm nümunəsi olduğunu, ölkəmizdə çoxsaylı məscid, kilsə və sinaqoqların fəaliyyət göstərdiyi, o cümlədən qədim Qafqaz Albaniyasının dini abidələrinin, 200 il əvvəl Azərbaycana gəlmiş alman icmasının kilsəsinin, rus pravoslav və katolik kilsələrinin olduğunu bildirib.

F.Axundov Niderland ictimaiyyətini Novruz bayramı ilə tanış edərək, od, su, yel və torpaq çərşənbələri, Novruz adət-ənənələri və nemətləri ilə bağlı geniş məlumat verib. O, Azərbaycanın Odlar Yurdu, Zərdüşt məkanı kimi dünyada məşhur olduğunu qeyd edib, Atəşgah, Yanar Dağ, Qız Qalası kimi mədəniyyət abidələri haqqında danışıb və 2020-ci ilin İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsinin 20 illiyi kimi qeyd olunduğunu bildirib.

Festivalın dünya ölkələrinin mədəniyyət və mətbəxinə həsr olunduğu nəzərə alınaraq, məqalədə, eyni zamanda, Azərbaycanın "Şah plov”, qutab kimi milli yeməkləri və çay ənənəsindən söz açılıb. Müsahibəyə Azərbaycanın milli geyimində bir çox əcnəbi gənclərin ifasında "Sarı gəlin” mahnısının videoyazısı da əlavə edilib.

"Səfirliklər festivalı”nın "Azərbaycan qutusuna” ölkəmizin "Savalan” şərabları və "Balxurma” kimi nemətləri daxil edilərək, yerli və əcnəbi qonaqlara nümayiş etdirilib.

Müsahibənin tam mətni ilə linkdə https://embassyfestival.com/2020/08/07/interview-ambassador-azerbaijan-fikrat-akhundov/ tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video